Virtual “Geyim otağı” yaradılıb Fevral 16, 2017 | 12:03 / Maraqlı məlumatlar

ABŞ-ın “Gap Inc.” şirkəti satışların azalmasıyla mübarizə aparmağa qərar verərək “Geyim otağı” (“DressingRoom”) əlavə reallıq proqramını yaradıb. Virtual ölçmə proqramı “Google” ilə əməkdaşlıq çərçivəsində hazırlanıb.

Onlayn-ölçmə üçün istifadəçidən yalnız öz çəki və boy parametrlərini smartfona daxil etmək tələb olunur. Sonra proqram bu məlumatlar əsasında seçilmiş geyimin istifadəçiyə uyğun olub-olmadığını müəyyənləşdirir.

innotechnews.com saytının məlumatına görə, ölçmənin nəticəsi istifadəçini təmin edərsə, o elə proqram vasitəsilə həmin geyimi əldə edə biləcək. “DressingRoom” proqramı yalnız Google Tango platforması olan smartfonlarda dəstəklənəcək ki, bu da hələ ki, Lenovo Phab2 Pro-da mümkündür.

Gap şirkətinin biznesin inkişafı və strategiyası üzrə vitse-prezidenti Cil Krakovun sözlərinə görə, DressingRoom yalnız ticarətin stimullaşdırılması yollarından biridir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı