İlk tranzistorun yaradıcısının doğum günüdür Fevral 13, 2017 | 12:00 / Maraqlı məlumatlar

Məşhur amerikalı fizik, yarımkeçiricilərin tədqiqatçısı Uilyam Bredford Şokli (ing. William Bradford Shockley) 13 fevral 1910-cu ildə İngiltərənin London şəhərində anadan olmuşdur. Şokli ikinci dünya müharibəsi illərində ABŞ-ın əməliyyatların tədqiqi məktəbinin yaradılmasında və strateji bombalamalar taktikasının hazırlanmasında iştirak etmişdir.

1948-ci ilin yanvarında Şokli dünyada ilk dəfə olaraq müstəvi ikiqütblü tranzistoru ixtira etmiş, sonra isə onun iş prinsipini izah edərək elmi nəzəriyyəsini təqdim etmişdir. 1956-cı ildə Şokli Silikon vadisinin mənbələrindən biri olan, alimin öz adını daşıyan laboratoriyanın əsasını qoymuşdur. O, elə həmin ildə fizika üzrə Nobel mükafatına layiq görülmüşdür.

U.B.Şokli 12 avqust 1989-cu ildə Stenfordda dünyasını dəyişmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı