Proqram mühəndisliyinin nəzəri əsasları ilə bağlı araşdırmalar aparılır Fevral 06, 2017 | 03:00 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda biometrik texnologiyalar və proqram mühəndisliyinin müxtəlif problemləri üzrə elmi tədqiqatlar davam etdirilir. Bu haqda fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Tofiq Kazımov rəhbərlik etdiyi şöbənin 2017-ci il üçün fəaliyyət planı ilə bağlı çıxışı zamanı bildirib. Şöbədə informasiya texnologiyaları və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri problemlərinin araşdırılması və effektiv metodların işlənməsi üzrə aktual mövzularda aparılacaq elmi-tədqiqat işlərindən söz açıb.

T.Kazımov cari ildə insanın irqi və etnik mənsubiyyətinin müəyyən olunmasında effektivliyin artırılması üçün yeni alqoritmin işlənilməsinin nəzərdə tutulduğunu bildirib. Qeyd edib ki, insanın əl damar izləri əsasında tanınması üçün metod və alqoritmlərin işlənilməsi, insanın ovuc naxışları əsasında irqi və etnik mənsubiyyətinin müəyyən edilməsi üçün elmi tədqiqatların aparılması da cari ildə görüləcək işlər sırasındadır.

Proqram mühəndisliyinin nəzəri əsasları üzrə proqram təminatının etibarlılığının yüksəldilməsi problemlərinə toxunan məruzəçi bu məqsədlə modelin işləniləcəyini bildirib. T.Kazımov proqram mühəndisliyində Cloud Computing problemlərinin tədqiqi, proqram məhsullarının testləşdirilmə metodlarının tədqiqi və proqram məhsullarının verifikasiya metodlarının təhlili və klassifikasiyası istiqamətində işlərin görüləcəyini bildirib.

T.Kazımov həmçinin uşaq və yeniyetmələrin internet asılılığının fərdi-psixoloji aspektlərinin tədqiqi və psixometrik analizi istiqamətində aparılacaq elmi tədqiqatlar haqqında məlumat verib. Bu istiqamətdə davranışında internet asılılıq müşahidə olunan uşaq və yeniyetmələrin müayinəsinin nəzəri-metodoloji prinsiplərinin tədqiqi, o cümlədən internet asılılığı olan uşaq və yeniyetmələrin psixoloji vəziyyətinin müəyyən edilməsində psixometrik təhlilin aparılmasının nəzərdə tutulduğunu söyləyib.

Alim şöbənin elmi-innovasiya fəaliyyətindən bəhs edərək bu istiqamətdə “Proqram mühəndisliyinin  müasir vəziyyəti və aktual problemləri” I respublika elmi-praktiki konfransın keçirilməsi, şöbə əməkdaşlarının elmi əsərlərinin Vikipediyaya daxil edilməsi və s. nəzərdə tutulduğunu diqqətə çatdırıb.

O, həmçinin şöbə əməkdaşlarının beynəlxalq və respublika səviyyəli konfranslarda iştirakı, AR Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə olunmuş beynəlxalq və respublika səviyyəli jurnallarda elmi məqalələrin nəşri, beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin qurulması və inkişafı, elmi-praktiki nəticələrin КİV-də təbliği ilə bağlı görüləcək işlərdən danışıb.

Sonra AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin plan layihəsi ilə bağlı təklif və tövsiyələrini səsləndirib. Alim proqram mühəndisliyi sahəsində elmi-nəzəri bazaları və proqram mühəndisliyinin riyazi əsaslarını dərindən araşdırmağı tövsiyyə edib. Akademik şöbənin elmi istiqamətinə uyğun hazırlanmış məqalələrin “Thomson Reuters” bazasında indeksləşən nüfuzlu jurnallarda çap edilməsinin vacibliyini bildirib. Həmçinin “Proqram mühəndisliyinin müasir vəziyyəti və aktual problemləri” mövzusu üzrə keçiriləcək I ümumrespublika konfransına hazırlıqla bağlı öz təklif tövsiyyələrini səsləndirib. 

Sonda Fəaliyyət planının institutun Elmi Şurasının müzakirəsinə təqdim olunması qərara alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı