AzScienceNet şəbəkəsinin biznes modeli beynəlxalq konfransda müzakirə olunacaq Yanvar 09, 2017 | 04:34 / Mühüm hadisələr

AMEA İnformasiya Texnologiyaları İnstitutu Avropa Elm və Təhsil Şəbəkələri Assosiasiyası (GEANT) ilə birlikdə Avropa Birliyinin EaPConnect layihəsi çərçivəsində Şərq Tərəfdaşlığı ölkələri üçün genişzolaqlı kompüter şəbəkəsinin yaradılmasında iştirak edir.

Layihənin məqsədlərindən biri də, Avropanın elm və təhsil şəbəkələrinin elmi, texniki və təşkilati məsələlər üzrə təcrübəsinin öyrənilməsi və Şərq Tərəfdaşlığı ölkəkələrinin müvafiq qurumlarında tətbiq edilməsidir.

Bununla bağlı olaraq, Almaniyanın Milli Elm və Təhsil Şəbəkəsinin (DFN: Germany's National Research and Education Network) təşəbbüsü ilə qabaqcıl təcrübənin öyrənilməsi, əməkdaşlıq əlaqələrinin müzakirəsi və “Milli Elm və Təhsil Şəbəkələrinin Biznes Modeli” mövzusunda keçiriləcək konfransda iştirak etmək üçün Şərq Tərəfdaşlığı ölkəkələrinin milli elm və təhsil şəbəkələrinin rəhbərliyi Almaniyaya dəvət olunmuşdur.

Qeyd olunan tədbirdə AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev “AzScienceNet Şəbəkəsinin Biznes Modeli” mövzusunda təqdimatla çıxış edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı