“AzScienceNet: mövcud vəziyyəti, imkanları və inkişaf perspektivləri” mövzusunda keçiriləcək respublika seminarına hazırlıq davam edir Yanvar 19, 2017 | 03:00 / Mühüm hadisələr

Yanvarın 31-də AMEA İnformasiya Texnologiyaları İnstitutunda keçiriləcək “AzScienceNet: mövcud vəziyyəti, imkanları və inkişaf perspektivləri” mövzusunda respublika elmi-praktiki seminarına hazırlıq işləri davam edir. Bu məqsədlə institutda təşkilat komitəsinin növbəti iclası keçirildi.

AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək Azərbaycan elminin dünya elminə inteqrasiyasını təmin edən AzScienceNet elm-kompüter şəbəkəsinin (EKŞ) ölkə rəhbərliyi tərəfindən qəbul olunmuş müvafiq konsepsiya və strategiyalardan irəli gələn vəzifələrin icrasında mühüm rol oynadığını söylədi.

Alim qeyd etdi ki, tədbirin keçirilməsində məqsəd ölkənin elm və təhsil qurumlarının AzScienceNet EKŞ-nin mövcud infrastrukturu, göstərdiyi xidmətlər, yüksək hesablama və yaddaş imkanları, elektron elmin inkişafında rolu, rouminq və bulud xidmətləri, şəbəkənin monitorinqi və təhlükəsizliyi, beynəlxalq elmi mühitə inteqrasiyası, habelə bu şəbəkədə formalaşan informasiya bazası üzərində elmi-tədqiqat imkanları kimi aktual məsələlərlə bağlı məlumatlandırılmasıdır.

Sonra çıxış edən institutun şöbə müdiri Təhmasib Fətəliyev seminara hazırlıq üzrə fəaliyyət planını təqdim etdi. Tədbirin təşkili və hazırlıq işlərinin vəziyyəti haqqında ətraflı məlumat verdi.

Fəaliyyət planında nəzərdə tutulmuş təşkilati, texniki və digər məsələlərlə bağlı geniş fikir mübadiləsi aparıldı, müvafiq tədbirlərin həyata keçirilməsi qərara alındı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı