Elektron tibbin formalaşması problemləri tədqiq olunur Dekabr 08, 2016 | 11:00 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 15 saylı şöbəsinin 2016-cı il üzrə hesabatı dinlənildi. Hesabatı təqdim edən şöbə müdiri, texnika üzrə elmlər doktoru, professor Məsumə Məmmədova cari ildə şöbədə süni intellekt və sosioinformasiya texnologiyaları istiqamətində elektron tibbin formalaşması problemlərinin tədqiq olunduğunu, insan resurslarının idarə olunmasında qərarların qəbulunun intellektual dəstəklənməsinin elmi-metodoloji əsaslarının, eləcə də ölkə səviyyəsində fərdi tibbi məlumatlar infrastrukturunun formalaşdırılması və intellektual analizi üçün metod və alqoritmlərin işlənildiyini diqqətə çatdırdı.

M.Məmmədova əmək bazarında İT-mütəxəssislərə tələb və təklifin intellektual idarə olunması istiqamətində elmi tədqiqatların yekunlaşdığını və müvafiq mövzuda dissertasiya işinin müdafiə olunmaq üçün təqdimata hazırlandığını söylədi.

Cari ildə elektron universitetin fəaliyyət konsepsiyasının model və metodlarının işlənilməsi üzrə e-universitetin intellektual idarə olunması sisteminin arxitekturunun işlənildiyini və e-tədris-metodiki komplekslərin layihələndirilməsi üzrə elmi araşdırmaların davam etdirildiyini bildirdi.

M.Məmmədova elmi-innovasiya fəaliyyəti ilə bağlı məlumat verərək qeyd etdi ki, 24 may 2016-cı il tarixdə AMEA Rəyasət Heyəti, AR Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti və AMEA İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən Elektron tibbin multidissiplinar problemləri” I respublika elmi-praktiki konfransının təşkilində, tibb və İKT sahəsində çalışan alim və mütəxəsssislər tərəfindən konfransa təqdim olunmuş 76 məruzənin ekspertizası və müvafiq toplunun ərsəyə gəlməsində şöbə əməkdaşları yaxından iştirak etmişlər.

Məruzəçi şöbənin elmi-ekspertiza sahəsindəki fəaliyyətini xüsusi qeyd edərək cari ildə şöbə əməkdaşları tərəfindən 52 məqaləyə rəy verildiyini, 4 dissertasiya işinə rəsmi opponent və resenzent rəyi hazırlandığını nəzərə çatdırdı.

Şöbə müdiri hesabat ili ərzində tanınmış elmi jurnallarda 8 məqalənin nəşr olunduğunu, 3 beynəlxalq və 3 respublika səviyyəli nüfuzlu konfransda 20 məruzə ilə iştirak edildiyini söylədi.

O, həmçinin şöbənin elmi-pedaqoji və elmi-təşkilati fəaliyyəti, müxtəlif təyinatlı kitabçaların hazırlanması, elmi-praktiki nəticələrin KİV-də təbliği və s. ilə bağlı yerinə yetirilmiş işlər haqqında məlumat verdi.

Şöbənin fəaliyyəti qənaətbəxş hesab edildi, sual və təkliflər səsləndirildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı