Big Data-nın ölçülməsi sahəsində bəzi metodoloji yanaşmalar müqayisəli təhlil olunub Noyabr 18, 2016 | 05:09 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 1 saylı şöbənin “Big Data-nın ölçülməsi sahəsində bəzi metodoloji yanaşmalar” mövzusunda növbəti elmi seminarı keçirildi.

Məruzəni təqdim edən Aybəniz Əliyeva Big Data-nın dünya və ölkələr üzrə xəritəsi, texnologiya  və sahələr üzrə paylanması və onun ölçülməsi sahəsində bəzi metodoloji yanaşmalar barədə ətraflı məlumat verdi.

Dünya üzrə verilənlərin həcmini diqqətə çatdıran A.Əliyeva 2015-ci ildə  bu rəqəmin 7,9 Zb, 2020-ci ildə 40 Zb olduğunu, bir nəfərə düşən informasiyanın həcminin isə 5200 Gb təşkil etdiyini söylədi.

O, Big Data-nın illər, regionlar üzrə paylanması, bir nəfərə düşən informasiyanın həcminə görə ölkələrin reytinqini təqdim etdi, dünya ölkələrinin ümumi informasiyanın həcmindəki payı haqqında statistik göstəriciləri nəzərə çatdırdı.

“2018-2020-ci illər ərzində saniyədə trilyonlarla hesablama əməliyyatları yerinə yetirmək imkanına malik yüksəkməhsuldarlığa malik superkompüterlərin yaradılması gözlənilir”, – deyə bildirən məruzəçi superkompüterlərin dünya üzrə reytinq cədvəlini təqdim etdi. Superkompüterlərin sayına görə ABŞ, Çin, Yaponiya, Almaniyanın ön sıralarda dayandığını qeyd etdi. Onun sözlərinə görə, Rusiyanın 1,849 Pflops məhsuldarlıqlı ən sürətli superkompüteri olan “Lomonosov – 2” bu siyahıda 36-cı yerdə qərarlaşmışdır.

Sonra A.Əliyeva Big Data-nın ölçülməsi sahəsində mövcud metodologiyalar haqqında ətraflı məlumat verdi. Bildirdi ki, IDC-nin yaradılan və təkrarlanan rəqəmsal informasiyanın ölçülməsi, ABŞ-ın Kaliforniya Berkli Universitetinin tədqiqatçıları P. Lyman və H. R. Varianın saxlanılan və ötürülən informasiyanın ölçülməsiKaliforniyanın San Dieqo Universitetinin tədqiqatçıları Roger E.Bohn, James E.Short-un informasiyanın istehlaka görə ölçülməsi və s. kimi yanaşmalar tədqiq olunmuş və müqayisəli təhlil aparılmışdır. Qeyd etdi ki, informasiyanın ölçülməsi sahəsində əldə edilən nəticələr əhəmiyyətli olmasına baxmayaraq, təqdim olunmuş rəqəmlər bir çox hallarda bir-birindən köklü surətdə fərqlənir.

Məruzə ətrafında geniş fikir mübadiləsi aparıldı, bır sıra təkliflər səsləndirildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

 

 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı