İnstitut əməkdaşlarının məqaləsi nüfuzlu jurnalda nəşr olunub Noyabr 03, 2016 | 09:00 / Mühüm hadisələr

AMEA İnformasiya Texnologiyaları İnstitutunun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov və böyük elmi işçi Oqtay Ələkbərovun “Method of Dynamic Data Distribution in Virtual Memory Resources in Cloud Technologies” (Bulud texnologiyalarında məlumatların virtual yaddaş resurslarında dinamiki paylanması metodu) adlı məqaləsi “International Journal of Computer Engineering and Information Technology” (IJCEIT) jurnalında dərc olunub. (Volume 8, Number 10, October 2016)

Məqalədə verilənlərin emalı mərkəzlərində məlumatların yaddaş resursları arasında dinamiki paylanması məsələsi nəzərdən keçirilmişdir. İstifadəçi fayllarına müraciət tezliklərinin zamandan asılılığını müəyyənləşdirərək faylların müxtəlif xarakteristikalı yaddaş avadanlıqları arasında dinamiki paylanması metodu təklif olunmuşdur. Fayllara müraciət tezliklərinin zamandan asılı olaraq dəyişməsi xətti və triqonometrik funksiyaların cəmi şəklində qurulmuşdur. Model əmsallarını təyin etmək üçün orta kvadratik fərqin minimallaşdırılması və diskret zaman sıralarının Fürye sırasına bölünməsi metodlarından istifadə edilmişdir. Qurulmuş model verilənlərin saxlanc sisteminin yaddaş resurslarından daha səmərəli istifadə olunmasını və ondan daha çox istifadəçinin istifadə etməsini təmin edir.

Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrant layihəsi üzrə hazırlanmışdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı