28 oktyabr – ilk mikroprosessorun yaradıcısının doğum günüdür Oktyabr 28, 2016 | 04:00 / Maraqlı məlumatlar

Bu gün tarixdə ilk mikroprosessorun yaradıcısı Marşian Edvard Xoffun anadan olduğu gündür. O, 1937-ci il oktyabrın 28-də ABŞ-ın Roşester ştatında anadan olmuşdur. 1957-ci ildə Renseller Politexnik İnstitutunun “Elektrotexnika” fakültəsini bitirmişdir. Xoff Stenford Universitetində magistr dərəcəsi almış, 1962-ci ildə elektrotexnika sahəsində elmlər doktoru adına layiq görülmüşdür. 1968-ci ildə isə “Intel” şirkətində işləməyə başlamışdır.

T.Xoff ilk kommersiya tipli  birkristallı Intel 4004 mikroprossesorunun müəlliflərindən biridir. O, kompüter, kalkulyator, fotoaparat kimi bir çox qurğularda istifadəsi edilə bilən kiçik və ucuz çip hazırlamışdır. Bu mikroprosessor əsasında işləyən ilk məhsul yapon çap kalkulyatoru – Busicom 141-PF olmuşdur. Xoff əsas funksiyaları mərkəzi prosessora ötürərək mikrosxemlərin sayını azaltmağı təklif etmişdi ki, bu da alimin əsas töhvəsi hesab olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı