Gizli sosial şəbəkələrin aşkarlanması üçün yeni yanaşma təqdim olunub Oktyabr 28, 2016 | 01:00 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 13 və 17 saylı şöbələrin “E-dövlət istifadəçilərinin şərhlərinin analizi əsasında gizli sosial şəbəkələrin aşkarlanması” mövzusuna həsr olunmuş birgə elmi seminarı keçirildi. 

Məruzəni təqdim edən institutun elmi işçisi Günay Niftəliyeva elektron dövlətin dövlət sturukturları daxilindəki sənədləşmə prosedurları, o cümlədən hüquqi və fiziki şəxslərə göstərilən xidmətlərin informasiya texnologiyaları vasitəsilə həyata keçirilməsi prosesi olduğunu bildirdi.

E-dövlətin idarə edilməsində sosial şəbəkələrin rolundan danışan məruzəçi elektron dövlət saytlarının ictimai veb-saytlar kimi qəbul edildiyini və bu saytlara daxil olan vətəndaşların birbaşa dövlətin qərar qəbuletmə prosesində iştirak etdiyini bildirdi.

“Dövlətin mühüm vəzifələrindən biri e-dövlət mühitində dövlət əleyhinə təbliğatların yayılmasının qarşısının alınması, fəaliyyət göstərən gizli sosial şəbəkələrin aşkarlanması və idarəetmənin yaxşılaşdırılmasıdır”, – deyə bildirən G.Niftəliyeva onlayn mühitdə qeyri-aşkar şəkildə mövcud olan müxtəlif sosial qrupların daxili strukturunu sosial şəbəkələr nəzəriyyəsini tətbiq etməklə aşkarlamağın mümkünlüyünü vurğuladı.

Sonra o, e-dövlət mühitində gizli sosial şəbəkələrin aşkarlanması üçün təklif etdiyi yeni yanaşmanı təqdim etdi və şərhlərin lüğətə və maşın emalına əsaslanan analizi metodlarını diqqətə çatdırdı.

Məruzəçi, həmçinin bu yanaşmanın tətbiqi istiqamətləri barədə məlumat verdi.

Sonda AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək təklif olunan yeni yanaşmanı yüksək qiymətləndirdi, bu istiqamətdə tədqiqatların daha da dərinləşdirilməsini tövsiyə etdi. Əldə olunan elmi nəticələrin gələcəkdə müxtəlif elmi tədqiqatlarda tətbiqinin zəruriliyini ifadə etdi.

Məruzə ətrafında geniş fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı