Big Data strategiyasının işlənməsi və həyata keçirilməsi ilə bağlı araşdırmalar aparılıb Oktyabr 27, 2016 | 11:01 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda növbəti Elmi seminar keçirildi. Seminarda institutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Yadigar İmamverdiyev təşkilat üçün Big data strategiyasının işlənilməsi məsələsinə həsr olunmuş məruzə ilə çıxış etdi.

Bildirdi ki, Big data texnologiyaları təşkilatların kəskinləşən iqtisadi rəqabət mühitində dayanıqlı inkişafı üçün vacib əhəmiyyət daşıyan yanaşmalar və alətlər təqdim edir. Böyük şirkətlərlə yanaşı, kiçik şirkətlər də Big data texnologiyalarına maraq göstərirlər. Bu istiqamətdə effektiv fəaliyyət üçün vacib şərtlərdən biri ümumi korporativ strategiya ilə üzvi surətdə əlaqələndirilmiş müvafiq Big data strategiyasının işlənməsidir.

Y.İmamverdiyevin sözlərinə görə, Big data strategiyası funksional strategiya səviyyəsinə aiddir və strateji fəaliyyət istiqamətləri üzrə strategiyaları, o cümlədən ümumi korporativ strategiyanı mütləq nəzərə almalı, qarşıya qoyulmuş əsas məqsədlərin reallaşdırılmasına xidmət etməlidir. Bu baxımdan, Big data texnologiyalarının tətbiqi biznesin real tələbatını ödəməyə yönəlməlidir. Big data strategiyasının formalaşdırılması və reallaşdırılması konkret idarəetmə mühitində bu texnologiyaların tətbiqi üçün prioritet istiqamətlər haqqında qərar qəbul edilməsi, aydın və dəqiq məqsədlərin qoyulması, müvafiq strukturun yaradılması və investisiya proqramlarının həyata keçirilməsini, həmçinin effektiv əks-əlaqə və qiymətləndirmə mexanizmlərinin işlənməsini əhatə edir.

Sonra məruzəçi təşkilatda verilənlərin istifadəsi zamanı meydana çıxan problemlərdən də söz açdı. Qeyd etdi ki, verilənlərin əldə edilməsinə böyük həcmdə vəsait xəclənir, lakin onların sonrakı “taleyinə” lazımi diqqət göstərilmir. Təşkilatlarda verilənlərin istifadə edilməsinə sistemli, inteqrativ yanaşma deyil, funsional yanaşma üstünlük təşkil edir. Verilənlərə təşkilatın əsas aktivləri kimi deyil, aktivləri təsvir edən verilənlər kimi baxılır. Big data sahəsində liderlər – sosial şəbəkə provayderləri isə verilənlərlə əsas aktiv kimi davranırlar.

Bildirdi ki, Big data strategiyasının əsas istiqamətlərinə bu sahədə məlumatlılıq səviyyəsinin yüksəldilməsi, təşkilatın Big data-ya hazırlığının qiymətləndirilməsi, Big data üçün əlverişli biznes-mühitin yaradılması, Big data üzrə pilot layihənin seçilməsi, Big data sahəsində insan resurslarının inkişafı və s. aiddir. O, uğurlu Big data strategiyasının ölkədə İKT sənayesinin inkişafına sinergetik təsirini də qeyd etdi.

Məruzə ətrafında fikir mübadiləsi aparıldı, sual və təkliflər səsləndirildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı