Professor Sabit Kərimov haqqında xatirələr kitabı çap olunub Oktyabr 24, 2016 | 05:27 / Yeni nəşrlər

2016-cı ilin aprel ayında İnformatika və hesablama texnikası sahəsində tanınmış alim, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Sabit Kərimovun anadan olmasının 76 ili tamam oldu. Bu münasibətlə alimin həyat və yaradıcılığının əsas məqamlarını əks etdirən  “Mənalı həyat yolu” adlı xatirələr kitabı nəşr edilib.

Kitabda prof. S.Kərimovun çapdan çıxmış elmi əsərləri, dərslik, dərs və metodik vəsaitlərinin ümumi mənzərəsi, alimin elmi rəhbərliyi ilə müdafiə olunmuş dissertasiyalar və əsərlərindən seçmələr yer alıb.  

Nəşrdə görkəmli alimlə bağlı xatirələrini bölüşənlər arasında onun  doğmaları ilə yanaşı, dostları, iş yoldaşları və həmkarlarının da adları vardır. AMEA İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev, AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin dosenti, texnika üzrə fəlsəfə doktoru Nizami Cəfərov və digər alimlər prof. Sabit Kərimovun Azərbaycanda informatikanın təşəkkülü tarixindəki əvəzsiz xidmətlərindən, əldə etdiyi mühüm elmi nailiyyətlərdən və nümunəvi həyat yolundan söz açıblar.

Qeyd edək ki, kitabın tərtibatçıları texnika üzrə fəlsəfə doktoru Nizami Cəfərov və prof. Sabit Kərimovun qızı Gülnarə Kərimovadır. Elmi redaktoru isə pedaqogika üzrə elmlər doktoru, professor, əməkdar müəllim, Pedaqoji və Sosial Elmlər Akademiyasının üzvü Akif Abbasovdur. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı