İnstitutun layihə baş mühəndisi Məkrufə Hacırahimovanı 60 illik yubileyi münasibətilə təbrik edirik! Oktyabr 03, 2016 | 04:00 / Yubileylər

AMEA İnformasiya Texnologiyaları İnstitutunun layihə baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Məkrufə Hacırəhimovanın 60 yaşı tamam olur. 

Məkrufə Hacırəhimova 1978-ci ildə Bakı Maliyyə-Kredit texnikumunu bitirmiş və həmin ildə Azərbaycan Respublikası Elmlər Akademiyası Kibernetika İnstitutunun nəzdindəki Avtomatlaşdırılmış İdarəetmə Sistemləri şöbəsində texnik vəzifəsində əmək fəaliyyətinə başlamışdır. 

1979-cu ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun “İstehsal proseslərinin avtomatlaşdırılması” fakültəsinə daxil olmuş və 1985-ci ildə həmin fakültəni bitirmişdir. Həmin ildən etibarən o, mühəndis-proqramçı kimi fəaliyyətini davam etdirmişdir. Bu dövrdə bir çox layihələrin proqram təminatının işlənməsində fəal iştirak etmiş, 1993-cü ildən etibarən böyük və aparıcı mühəndis, 2002-ci ildən 2011-ci ilə qədər sektor müdiri vəzifələrində çalışmışdır. 2011-ci ildən isə layihə baş mühəndisi vəzifəsində işləyir. İnstitutun Tədris-İnnovasiya Mərkəzində pedaqoji fəaliyyət göstərir.

AMEA-nın rəsmi www.science.az portalının yaradılmasında iştirak etmişdir. “Elektron sənədlər dövriyyəsi”, “Elektron arxiv”, “Tapşırıqların icrasına nəzarət sistemi” layihələrinin proqram təminatının müəllifidir. 

“İntellektual korporativ şəbəkə və sistemlərin yaradılması” istiqamətində “Elektron-dövlət çərçivəsində elektron sənədlərin intellektual emalı və dövriyyəsi sisteminin işlənilməsi” mövzusu üzərində elmi araşdırmalar aparmış və 2013-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda 3338.01 – Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi ixtisası üzrə “Elektron dövlət mühitində mətn sənədlərin intellektual idarə edilməsi üçün model və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işini müdafiə etmiş və texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 

Hazırda Big Data problemlərinin tədqiqi və analizi istiqamətində elmi araşdırmalar aparır, “Elektron-Azərbaycan” dövlət proqramı tərkibində “E-elm” proqram layihəsinin işlənməsində fəal iştirak edir. 

M.Hacırəhimova 70-dən çox elmi əsərin müəllifidir.

Məkrufə xanım təkcə elmi fəaliyyəti ilə deyil, həm də nəcib insani keyfiyyətləri, yüksək təşkilatçılıq bacarığı ilə fərqlənən alimlərdəndir. O, institutun ictimai həyatında yüksək təşəbbüskarlıq nümayiş etdirməklə həmkarları, alim yoldaşları, eyni zamanda bütün institut əməkdaşları arasında böyük hörmət qazanmışdır. 

İnstitutun kollektivi Məkrufə xanımı anadan olmasının 60 illiyi münasibətilə təbrik edir, ona möhkəm can sağlığı, elmi fəaliyyətində yeni nailiyyətlər arzulayır. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı