İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları dama üzrə Spartakiadanın ilk pillələrində yer alıblar Sentyabr 29, 2016 | 02:08 / Mühüm hadisələr

AMEA Azad Həmkarlar İttifaqının təşkilatçılığı ilə Akademiyanın 15 institutu arasında dama, şahmat, stolüstü tennis və futbol üzrə I Spartakiada keçirilir.

Sentyabrın 28-də Fizika İnstitutunda dama yarışlarının final oyunları baş tutub. Spartakiadanın nəticələrinə görə, qadınlar arasında keçirilən yarışda Torpaqşünaslıq və Aqrokimya İnstitutunun təmsilçisi İncə Məhərrəmova 1-ci yerə, İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları Xəyalə Əbdülhüseynovaİlahə İsmayılzadə müvafiq olaraq, 2 və 3-cü yerlərə layiq görülüblər.

Kişilər arasında keçirilən yarışda isə Fizika İnstitutunu təmsil edən Sakin Cabbarov 1-ci, İdarəetmə Sistemləri İnstitutundan Şahin Baxşıyev 2-ci, Radiasiya Problemləri İnstitutunun əməkdaşı Yadigar Cəfərov 3-cü yerə sahib olub.

Qeyd edək ki, I Spartakiada oktyabrın 7-dək davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı