Jest dilini mətnə çevirən elektron qolbaq hazırlanıb Sentyabr 28, 2016 | 09:20 / Maraqlı məlumatlar

Rusiyada jest dilini smartfonda əks olunan mətnə çevirən elektron qolbaq hazırlanıb. Layihə 2016-cı ilin aprelində Moskvada təşkil edilmiş “Bərabər imkanlar Texnologiyaları” II hakatonunda qalib gəlib.

hitech.newsru.com saytının məlumatına görə, eşitmə və görmə məhdudiyyətli insanlar üçün nəzərdə tutulan “uSEEband” adlı qolbaq jest dilini bilməyən insanlarla sərbəst ünsiyyət saxlamaq imkanı verir. Qurğu daktil əlifbanın jestlər sistemini mətnə çevirir və onu real vaxt rejimində smartfon və ya planşetdə əks etdirir.

Ovucun içəri hissəsinə bərkidilən uSEEband” inteqrasiya edilmiş sensorların köməyilə jestləri – daktil əlifbanın 32 hərfini tanıyır. Əldə edilmiş məlumatlar proqram neyroşəbəkəsi ilə emal edilərək sözlər və cümlələr şəklində smartfona ötürülür. O, “Android” əsasında işləyən proqramla əlaqə üçün “Bluetooth” moduluna malikdir və enerji yükləmədən 12 saata qədər işləyə bilir.

“Elektron qolbaq əvvəlcə yalnız eşitmə və görmə qabiliyyəti məhdud insanlar üçün assistiv qurğu kimi nəzərdə tutulsa da, sonra komanda layihənin böyük potensiala malik olduğunu aşkar etdi. Bəzən ətrafdakı insanlarla qarşılıqlı təsir zamanı yaranan çətinliklər insanın fiziologiyası ilə deyil, süni həyat vəziyyəti ilə bağlı olur. Bu səbəbdən layihəmizin missiyası hər hansı məhdudiyyət olduqda insanın kommunikasiya imkanlarının genişləndirilməsidir”, – deyə ideyanın müəllifi və layihənin rəhbəri İvan Borodin bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı