İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı stolüstü tennis üzrə Spartakiadanın qalibi olub Sentyabr 23, 2016 | 10:00 / Mühüm hadisələr

AMEA Azad Həmkarlar İttifaqının təşkilatçılığı ilə Akademiyanın 15 institutu arasında dama, şahmat, stolüstü tennis və futbol üzrə I Spartakiada keçirilir.

Spartakiadada artıq stolüstü tennis üzrə yarışlara yekun vurulub. Fizika İnstitutunda təşkil olunan yarışlar Beynəlxalq Stolüstü Tennis Federasiyasının qaydalarına uyğun olaraq keçirilib. Spartakiadanın nəticələrinə görə, oğlanlar arasında 1-ci yerə AMEA İnformasiya Texnologiyaları İnstitutunun təmsilçisi Qurban Qurbanov layiq görülüb. Fizuli Bayramov (Fizika İnstitutu) və Tural Mustafayev (İnformasiya Texnologiyaları İnstitutu) müvafiq olaraq, 2 və 3-cü yerləri bölüşüblər.

Qadınlar arasında keçirilən yarışda isə Fizika İnstitutunun təmsilçisi Sevda Qəribova 1-ci, Səidə Məmmədova (Fizika İnstitutu) 2-ci, Lalə Piriyeva (Respublika Seysmoloji Mərkəz) 3-cü yerə sahib olub.

Qeyd edək ki, I Spartakiada oktyabrın 7-dək davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı