“Şərq Tərəfdaşlığı ölkələrinin I Elektron infrastruktur konfrans”ı keçiriləcək Sentyabr 20, 2016 | 11:24 / Konfranslar, iclaslar

Akademik Rasim Əliquliyev “EaPEC 2016” konfransında plenar məruzə ilə çıxış edəcək

6-7 oktyabr 2016-cı il tarixlərdə Gürcüstanın paytaxtı Tbilisi şəhərində “Şərq Tərəfdaşlığı ölkələrinin I Elektron infrastruktur konfrans”ı (1st Eastern Partnership E-Infrastructure Conference - EaPEC 2016) keçiriləcək. AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev  EaPEC 2016-da ölkəmizi təmsil edəcək. Alim tədbirdə “Azərbaycanda elektron-elm: mövcud vəziyyət, imkanlar və perspektivlər” mövzusunda plenar məruzə ilə çıxış edəcək. R.Əliquliyevin, “Şərq tərəfdaşlığı üçün açıq elm və elektron-infrastruktur sahəsində imkanlar və problemlər” adlı paneldə də iştirakı nəzərdə tutulur.

“EaPEC 2016” Şərq tərəfdaşlığı regionu və Avropa Birliyinə üzv ölkələr arasında elektron infrastrukturların inkişafına dəstək verilməsini nəzərdə tutan çoxtərəfli əməkdaşlıq platformasıdır. Tədbirdə dünyanın müxtəlif ölkələrindən e-elm sahəsində fəaliyyət göstərən alim və mütəxəssislərin iştirakı gözlənilir.

Qeyd edək ki, AMEA İnformasiya Texnologiyaları İnstitutu Avropa Komissiyasının maliyələşdirdiyi və Şərq Tərəfdaşlığı ölkələrini əhatə edən “EaPConnect: Eastern Partnership Connect” layihəsinin iştirakçılarından biridir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı