“Data Science tədrisində dünya təcrübəsinin tədqiqi” mövzusunda seminar keçirildi Sentyabr 14, 2016 | 09:57 / Konfranslar, iclaslar

Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunda 1 saylı şöbənin növbəti seminarı keçirildi. Şöbənin böyük elmi işçisi Hicran Gözəlova “Data Science tədrisində dünya təcrübəsinin tədqiqi” mövzusunda çıxış edərək Big Data texnologiyalarının sürətlə inkişaf edərək bütün fəaliyyət sahələrini əhatə etdiyini bildirdi.

Məruzəçi böyük həcmli verilənlərin toplanmasına, emalına, onlardan gizli biliklərin aşkarlanmasına imkan yaradan elm sahəsinin “Data Science” adlandırıldığını vurğuladı. Onun dünyada yüksək templə inkişaf edən bir sahəyə çevrilməkdə olduğunu qeyd edərək, əsas problemlərini diqqətə çatdırdı.

H.Gözəlova Data Science elminin yaranma və inkişaf tarixindən də bəhs edərək, bu sahə ilə məşğul olmaq üçün “data scientist” adlanan yüksəkixtisaslı mütəxəssislərə ehtiyac olduğunu qeyd etdi. Bildirdi ki, “data scientist”lər bu gün ən yüksək tələbat olan peşələrdəndir.  

Məruzəçi sonda Azərbaycan təhsil sisteminin hazırkı inkişafı barədə məlumat verdi. Bildirdi ki, beynəlxalq təcrübəyə əsaslanaraq müxtəlif elm sahələrini əhatə edən “Data Science” fənninin respublikamızda da tədris planına daxil edilməsi müasir dövrün tələblərindəndir.

Sonda mövzu ətrafında geniş fikir mübadiləsi aparıldı, coxsaylı suallar cavablandırıldı.

 

 

 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı