“Elmi verilənlərin intensiv emalı” mövzusunda seminar keçirildi Avqust 01, 2016 | 02:21 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 3 saylı şöbənin növbəti seminarı keçirildi.

Tədbiri giriş sözü ilə açan şöbə müdiri Təhmasib Fətəliyev qeyd etdi ki, informasiya texnologiyaları sahəsində əldə olunan nailiyyətlər elmi verilənlərin həcminin əhəmiyyətli dərəcədə artmasına səbəb olmuş, eyni zamanda, onların saxlanması və emalı problemini meydana gətirmişdir. AMEA-da göstərilən problemlərin həlli “Elektron elm” layihəsi çərçivəsində həyata keçirilir. E-elmin şəbəkə platforması olan AzScienceNet şəbəkəsi və böyük yaddaş və hesablama resurslarına malik Data Mərkəz tərəfindən layihəyə texniki dəstək verilir. Elmi verilənlərin emalının aktual məsələlərdən olduğunu diqqətə çatdıran T.Fətəliyev seminarın məhz “Elmi verilənlərin intensiv emalı” mövzusuna həsr olunduğunu bildirdi.

Sonra şöbənin əməkdaşı Nərgiz Verdiyeva məruzəni təqdim edərək bildirdi ki, e-elmə vahid bir sistem kimi baxıldıqda, onun həll etdiyi məsələlərə uyğun müxtəlif alt sistemlərdən təşkil olunduğunu görmək olar. Elmin informasiya təminatı, elmmetrik (elmmetriya, bibliometriya, vebometriya) təhlillər, intellektual analiz və Big Data alt sistemləri böyük həcmli elmi verilənlərin yaranmasına səbəb olmaqla yanaşı, onun aktual problemlərinin həllini həyata keçirir.

N.Verdiyevanın sözlərinə görə, e-elmin müxtəlif elm sahələrində tətbiqi böyük həcmli elmi verilənlərin sürətlə artmasında generator rolunu oynayır. Terabayt və petabaytlarla ölçülən və Big Data adlandırılan böyük ölçülü verilənlərin intensiv emalı problemi aktual məsələdir. Problemin həlli verilənlərin intensiv emalına əsaslanan “Data-Intensive Science” çərçivəsində aparılır. O, multidissiplinar xarakter daşıyaraq qabaqcıl metod və texnoloji yeniliklərin kompleks inteqrasiyası ilə dünyanın bir sıra mürəkkəb məsələlərinin həllinin əhəmiyyətli dərəcədə sürətləndirilməsi üçün böyük verilənlərin intensiv emalını əhatə edir.

Məruzəçi intensiv emal tələb edən elmi verilənlərin əsas xüsusiyyətlərinin böyük həcm, yüksək generasiya olunma qabiliyyəti, qarşılıqlı bağlılıq və əlaqə, heterogenlik və mürəkkəblik ilə xarakterizə olunduğunu söylədi. Qeyd etdi ki, elmi verilənlərin əsas problemlərini ötürülməsi və saxlanması, vizuallaşdırılması, emalı və analizi, təhlükəsizlik problemləri kimi qruplaşdırmaq olar.

Verilənlərin intensiv emalına nümunələr gətirən məruzəçi problemin həlli istiqamətləri və inkişaf perspektivlərini diqqətə çatdırdı.

Mövzu ətrafında geniş fikir mübadiləsi aparıldı, təklif və tövsiyələr səsləndirildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı