Azərbaycan Televiziyasında Viki-Mərkəzin fəaliyyəti müzakirə olunub İyul 29, 2016 | 03:00 / Müsahibələr, çıxışlar

İyulun 29-da AMEA İnformasiya Texnologiyaları İnstitutunun Sektor rəhbərləri Rasim Mahmudov, İradə Ələkbərova, İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı Sünbül Zalova, Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşı Leyla Aşurova, AMEA Dendrologiya İnstitutunun əməkdaşı Mürsəl Məmmədov Azərbaycan Dövlət Televiziyasının “Səhər” informasiya proqramının qonağı olublar.

Verilişdə AMEA İnformasiya Texnologiyaları İnstitutunda fəaliyyət göstərən Viki-Mərkəzdə görülən işlər, o cümlədən 2016-cı ilin iyun-iyul aylarında AMEA-nın elmi müəssisə və təşkilatlarında fəaliyyət göstərən viki-qrupların üzvləri üçün “Vikipediya ensiklopediyasının nəzəri və praktiki əsasları” mövzusunda keçirilən təlim kursları müzakirə olunub.

R.Mahmudov AMEA Rəyasət Heyəti tərəfindən Viki-Mərkəzin, viki-qrupların qarşısına qoyulan vəzifələr, burada görülən işlər haqqında məlumat verib. Qeyd edib ki, AMEA rəhbərliyinin məqsədi alim və mütəxəssislərimizin Vikipediya Ensiklopediyasının Azərbaycanla bağlı zəruri kontentin təmin olunması və inkişaf etdirilməsində fəal iştirakını təmin etməkdir. Onun sözlərinə görə, AMEA-nın bu istiqamətdə fəaliyyəti ölkəmizdə informasiya cəmiyyətinin inkişafına dair dövlət siyasətinə uyğun şəkildə həyata keçirilir. R.Mahmudov bildirib ki, AMEA-nın elmi müəssisə və təşkilatlarının əməkdaşları üçün “Vikipediya ensiklopediyasının nəzəri və praktiki əsasları” kursunun keçirilməsində məqsəd də onlara bu virtual ensiklopediyada peşəkar səviyyədə fəaliyyət göstərmələri üçün zəruri bilik və bacarıqlar aşılamaqdır.

İ.Ələkbərova isə Viki-Mərkəzin əməkdaşları tərəfindən kurs iştirakçılarına Vikipediyanın problemləri və perspektivləri, əsas prinsiplərinin izah edildiyini, ensiklopedik məqalələrin yaradılmasının ümumi qaydaları, onların strukturlaşdırılması və monitorinqi, şablonlar və mənbələrdən istifadə qaydaları, multimedia resurslarının yüklənməsi, müəllif hüquqları, viki-mühitdə konfliktlərin həlli yollarının öyrədildiyini bildirib.

Daha sonra Vikipediya kurslarında iştirak edən M.Məmmədov, S.Zalova və L.Aşurova burada əldə etdikləri biliklər və onun əsasında gördükləri işlər barədə məlumat veriblər.

Verilişi buradan izləyə bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı