Eksperimental proqram əlavə reallıqda “ağıllı” evi idarə edəcək İyul 25, 2016 | 10:00 / Maraqlı məlumatlar

“Microsoft HoloLens” eynəyinin istehsalçılarının San-Fransiskoda keçirdiyi forum çərçivəsində iştirakçılardan biri əlavə reallıq rejimində “ağıllı” ev elementlərinin idarə edilməsi üsulunu yaratmaq təşəbbüsü ilə çıxış edib.

4pda.ru saytının məlumatına görə, “IoT x MR” eksperimental proqramı istifadəçilərə baxış və sadə jestlər vasitəsilə istənilən “ağıllı” qurğunu idarə etməyə imkan verir.

Proqramın yaradıcısı İen Sterlinq layihənin perspektivlərini əks etdirən video çarxı nümayiş etdirib. Bildirib ki, eksperimental proqram “ağıllı” ev elementlərinin idarə edilməsindən başqa, məkanı sakitləşdirici melodiyalarla dolduran “virtual dzen” rejimini işə salır.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı