“E-dövlətin analizi texnologiyaları: text mining və sosial şəbəkələr” adlı ekspress-informasiya işıq üzü görüb İyun 29, 2016 | 10:00 / Yeni nəşrlər

“İnformasiya Texnologiyaları” nəşriyyatında “E-dövlətin analizi texnologiyaları: text mining və sosial şəbəkələr” adlı ekspress-informasiya işıq üzü görüb. Yeni nəşrin müəllifləri AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika üzrə elmlər doktoru Ramiz Alıquliyev və institutun kiçik elmi işçisi Günay Niftəliyeva, elmi redaktoru isə institutun Təhsil şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru Fərhad Yusifovdur.

Ekspress-informasiyada elektron dövlət anlayışı, onun inkişaf modelleri təhlil edilmiş, e-dövlətin analizində text mining və sosial şəbəkə analizi texnologiyalarının rolu araşdırılmış və bu istiqamətdə aparılan elmi-tədqiqat işlərinin müasir vəziyyəti analiz edilmişdir. Araşdırma nəticəsində bu sahədə mövcud olan problemlər identifikasiya edilmiş, gələcək tədqiqat istiqamətləri müəyyənləşdirilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı