İnformasiya texnologiyaları üzrə ən müasir terminlərin toplanması və sistemləşdirilməsi ilə bağlı işlər görülür İyun 23, 2016 | 12:00 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 5 saylı şöbəsinin 2016-cı il üçün yarımillik hesabatı təqdim olundu. Hesabatı təqdim edən şöbə müdiri Səyyar Abdullayev  cari ildə şöbədə elektron terminoqrafiyanın işlənilməsi, informasiya texnologiyalarının müxtəlif istiqamətləri üzrə toplanmış ən müasir terminlərin seçilməsi, tərcümə edilməsi, təsnifi, sistemləşdirilməsi və qlossarilərin hazırlanması ilə bağlı işlərin görüldüyünü diqqətə çatdırdı.

İnformasiya texnologiyalarının müxtəlif istiqamətləri üzrə seçilmiş ən müasir terminlərin işlənilməsi ilə əlaqədar yerinə yetirilmiş işlərdən danışan şöbə müdiri bu məqsədlə jurnal, konfrans materialları ilə yanaşı, “EBSCO”, “EBSCO ebooks”, “ACM DL”, “IEEE CS DL”, “Springer Link”, “Web of Knowledge”, “IOP publishing” elektron kitabxanalarında axtarışların aparıldığını, Big Data, bioinformatika və digər sahələr üzrə müxtəlif mənbələrdən 140-a yaxın yeni terminin toplandığını, bu terminlərin azərbaycan, ingilis və rus dillərində tərcüməsi və izahlı təsnifatının təqdim olunduğunu söylədi.

Məruzəçi şöbənin elmi-innovasiya və praktiki fəaliyyətindən bəhs edərək informasiya texnologiyalarının müxtəlif sahələri üzrə toplanmış ən müasir terminlər əsasında “Ən yeni terminlər informasiya sistemi”nin işlənib hazırlandığını və bu sistemin verilənlər bazasının yaradılması və idarə edilməsi proqramı vasitəsilə əsas və köməkçi cədvəllərin strukturu, onlar arasındakı əlaqələr, sistemin arxitekturası, verilənlərin manipulyasiyası üçün nəzərdə tutulmuş forma və sorğuların yerinə yetirildiyini bildirdi. O, həmçinin toplanmış terminlərin etimoloji mənbəyi, yaranma tarixi və digər dillərdə işlənilməsi istiqamətində araşdırmaların aparıldığını, terminlər əsasında krossvordların və “İnformasiya texnologiyalarının müxtəlif istiqamətləri üzrə seçilmış ən müasir terminlər” ekspress-informasiyasının II, III və IV hissələrinin hazırlandığını qeyd etdi.

S.Abdullayev, həmçinin respublika və beynəlxalq səviyyəli tədbirlərdə iştirak, tanınmış elmi jurnallarda məqalələrin dərci, elmi-praktiki nəticələrin KİV-də təbliği və reklam-marketinq işlərinin həyata keçirilməsi ilə bağlı cari ildə görülmüş işləri diqqətə çatdırdı. 

Qeyd etdi ki, şöbənin beynəlxalq elmi əməkdaşlıq əlaqələri çərçivəsində Ukrayna Milli Elmlər Akademiyası və Kiyev Texniki Universitetinin Tətbiqi Sistem Analizi İnstitutu ilə əlaqələr qurulmuşdur.

Sonra AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev şöbənin yarımillik hesabatı ilə bağlı təklif və tövsiyələrini səsləndirdi. Akademik şöbə əməkdaşlarının elmi-nəzəri fəaliyyətinin gücləndirilməsi, terminlər lüğətinin növbəti hissələrinin hazırlanmasının zəruriliyini qeyd etdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı