Biometrik texnologiyalar və proqram mühəndisliyi istiqamətləri üzrə araşdırmalar davam etdirilir İyun 23, 2016 | 10:00 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 9 saylı şöbəsinin cari ilin I yarısı üzrə hesabatı dinlənildi. Şöbə müdiri fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Tofiq Kazımov elmi-tədqiqat, elmi-innovasiya, elmi-pedaqoji fəaliyyət, elmi-texniki konfranslarda, seminarlarda və simpoziumlarda iştirak, tanınmış elmi jurnallarda məqalələrin nəşri, müxtəlif təyinatlı kitabların hazırlanması, elmi-praktiki nəticələrin KİV-də təbliği və s. ilə bağlı görülmüş işlərdən danışdı.

T.Kazımov rəhbəlik etdiyi şöbədə biometrik texnologiyaların araşdırılması istiqaməti üzrə aparılan elmi-tədqiqatlar barədə məlumat verərək bildirdi ki, bu istiqamətdə cari ildə insanın irqi və etnik mənsubiyyətinin  müəyyən olunmasında istifadə olunan xarakteristik əlamətlərin çəki əmsalının müəyyən edilməsi üçün alqoritm işlənilmiş, biometrik şəbəkədə fərdlərin elektron kart sisteminin yaradılması prinsipləri tədqiq edilmişdir. “İnsanın əl damarlarının izləri əsasında tanınması üçün metod və alqoritmlərin işlənməsi” və “İnsanın ovuc naxışları əsasında irqi və etnik mənsubiyyətinin müəyyən edilməsi” mövzuları üzrə elmi-tədqiqat işləri davam etdirilir.

T.Kazımov “Proqram mühəndisliyinin nəzəri əsasları və proqram sistemlərinin keyfiyyət göstəricilərinin araşdırılması” mövzusu üzrə proqramların təhlükəsizliyinin təmin edilməsi üçün mövcud modellərin öyrənildiyini, bu sahədə özünüidarə mexanizmlərinin tətbiqi, süni intellekt əsasında işləyən özü adaptasiya olunan sistemlərin yaradıldığını, bu sistemlərə yarana biləcək təhlükələrin araşdırıldığını diqqətə çatdırdı. O, həmçinin “Proqram məhsullarının etibarlılığının artırılması üzrə modelin işlənməsi” mövzusu üzrə araşdırmaların aparıldığını söylədi, uşaq və yeniyetmələrin internet asılılığı və onun psixi təsiri məsələləri üzrə problemlərin araşdırıldığını diqqətə çatdırdı.

T.Kazımov elmi-innovasiya və praktiki fəaliyyət istiqamətində “Big data: imkanları, multidissiplinar problemləri və perspektivləri”, “E-kitabxanaların formalaşması problemləri”  və “Elektron tibbin multidissiplinar problemləri” respublika elmi-praktiki konfransları, o cümlədən “The Journal of Engineering Research” (Oman) və “SpringerPlus” (ABŞ) jurnalları üçün məqalələrə rəy verildiyini bildirdi. Qeyd etdi ki, şöbə əməkdaşları tərəfindən respublika səviyyəli və beynəlxalq elmi jurnallarda 6, nüfuzlu elmi-texniki konfranslarda isə 9 məqalə çap olunmuşdur.

Məruzəçi beynəlxalq elmi əməkdaşlıq əlaqələrindən söz açaraq N.Qumilyev adına Avrasiya Milli Universitetinin İnformasiya Təhlükəsizliyi və Kriptoqrafiya İnstitutu (Qazaxıstan), Ukrayna Milli Elmlər Akademiyası, Ukrayna Milli Texniki Universiteti “Kiyev Politexnik İnstitutu”, Yalova Universiteti və “İnternational Journal of İntelligent İnformation Prosessing”, “Patten Recognition”,  “International Journal of Automation and Power Engineering”, British Journal of Applied Science and Technology” jurnalları, “The International Association for Pattern Recognition”, “American Association for Science and Technology”, “Gconference.Net” portalı və s. ilə əməkdaşlığın davam etdirildiyini vurğuladı.

Mövzu ətrafında geniş fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.

Sonra AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev şöbənin yarımillik hesabatı ilə bağlı təklif və tövsiyələrini səsləndirdi. Alim şöbədə uşaqların internet mühitində təhlükəsizliyinin təmin olunması problemləri üzrə aparılan araşdırmaların daha da dərinləşdirilməsini, antropometriya (insan bədəninin morfoloji xüsusiyyətlərini qiymətləndirmək üçün istifadə olunan metodlar məcmusu) sahəsində fundamental tədqiqatların aparılmasını, bu sahə üzrə yüksəkixtisaslı kadrların hazırlanmasını tövsiyə etdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı