AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun veb-saytının yeni versiyası istifadəyə verildi İyun 21, 2016 | 05:00 / Konfranslar, iclaslar

İyunun 21-də AMEA Rəyasət Heyətində AMEA Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun veb-saytının təqdimatı keçirildi.

Tədbirdə AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim ƏliquliyevAMEA Kimya Elmləri Bölməsinin akademik-katibi, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru, akademik Dilqəm Tağıyev, sözügedən institutların məsul şəxsləri və əməkdaşları iştirak edirdi.

Son illərdə AMEA-da yüksək texnologiyaların sürətlə tətbiq olunduğunu bildirən akademik R.Əliquliyev akademiya rəhbərliyinin AMEA-nın elmi müəssisə və təşkilatlarının veb-saytlarının yüksək səviyyədə təşkilinə böyük önəm verdiyini diqqətə çatdırdı. Alim, akademiyada fəaliyyət göstərən institut və təşkilatların veb-saytlarının səmərəliyinin artırılması məqsədilə yaradılmış Monitorinq qrupu tərəfindən mütəmadi olaraq monitorinqlərin aparıldığını bildirdi. Qeyd etdi ki, bu gün AMEA-nın elmi müəssisə və təşkilatlarının veb-saytları Azərbaycan elmində baş verən yeniliklərin dolğun şəkildə işıqlandırılmasında xüsusi əhəmiyyət kəsb edir və alimlərimizin fəaliyyətinə dair məlumatlar bu saytlar vasitəsilə operativ olaraq yayımlanır.

Veb-saytlar yaradılarkən onların beynəlxalq, texnoloji, hüquqi və korporativ tələblərə cavab verməsinin əhəmiyyətli məsələlərdən olduğunu söyləyən akademik dövlət qurumlarının veb-saytlarının bu tələblərə cavab verməsinin vacibliyindən danışdı. İnformasiya Texnologiyaları İnstitutunun məsul şəxsləri tərəfindən yaradılmış Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun veb-saytının qeyd olunan bütün müasir tələblərə cavab verdiyini bildirdi və burada ən son texnoloji yeniliklərin reallaşdırıldığını nəzərə çatdırdı.

R.Əliquliyev rəhbərlik etdiyi qurumun Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun veb-saytına daim texnoloji dəstək göstərəcəyini vurğuladı.

Sonra İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Gülnarə Nəbibəyova Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun “www.kqkiamea.az” saytını təqdim edərək veb-saytın yaradılmasında əsas məqsədin institutun fəaliyyətinin ölkə və dünya ictimaiyyətinə daha geniş şəkildə çatdırılması olduğunu bildirdi.

G.Nəbibəyova qeyd etdi ki, AzScienceNet elm-kompüter şəbəkəsinin Data Mərkəzində yerləşdirilmiş veb-sayt AMEA-nın institut və təşkilatlarının veb-saytlarına olan tələblərə dizayn, struktur, istifadə olunmuş veb-texnologiyalar və təhlükəsizlik baxımından tam cavab verir.

Sonra məruzəçi saytın strukturu haqqında ətraflı məlumat verərək 3 dildə (Azərbaycan, rus və ingilis) fəaliyyət göstərən veb-saytda “İnstitut haqqında”, “Xəbərlər”, “Elmi fəaliyyət”, “Şuralar”, “Beynəlxalq əməkdaşlıq”, “Dövri nəşrlər” və digər bölmələrin yer aldığını, institutda keçirilən mühüm tədbirlərin “Fotoqalereya” və “Videoqalereya” bölmələrində öz əksini tapdığını qeyd etdi. Veb-resursun sadə və genişləndirilmiş axtarış sisteminə malik olduğunu bildirən şöbə müdiri internet-resursda Əhəmiyyətli linklər”, sosial şəbəkələrə və institutun jurnallarının veb-saytlarına keçidlərin olduğunu söylədi. 

Onun sözlərinə görə, veb-resursda yerləşdirilmiş sayğac sayta olan müraciətlərin illər üzrə dinamikası və müraciətlərin coğrafiyası haqqında məlumatları əldə etməyə imkan verir.

G.Nəbibəyova qeyd etdi ki, veb-saytın administrasiyası üçün təyin olunmuş məsul şəxslərə İnformasiya Texnologiyaları İnstitutunda tədris kursu keçilmiş və saytların idarə edilməsinə dair zəruri biliklər aşılanmışdır.

Sonra çıxış edən akademik D.Tağıyev hər bir elmi-tədqiqat müəssisəsinin veb-saytının onun siması olduğunu qeyd edərək müəssisələrin veb-resurslarının elmin populyarlaşdırılmasında mühüm rola malik olduğunu söylədi. İnformasiya Texnologiyaları İnstitutunun kollektivinə rəhbərlik etdiyi institutun veb-saytının ərsəyə gəlməsində göstərdikləri dəstəyə görə təşəkkürünü bildirdi.

Sonda təqdimata dair geniş fikir mübadiləsi aparıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

 

 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı