BDU-nun Hüquq fakültəsinin tələbələrinə “İnformasiya hüququ” kursu tədris olunacaq Fevral 25, 2014 | 11:00 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi Şurasının iclasında 17 saylı şöbənin 2014-cü il üçün fəaliyyət planı müzakirə olunub. Planı təqdim edən şöbənin sektor müdiri Rasim Mahmudov bildirib ki, hazırda şöbədə 18 doktorant və dissertant “İnformasiya texnologiyaları” və “İnformasiya cəmiyyəti” istiqamətləri üzrə müxtəlif aktual mövzularda elmi-təqdqiqat işi aparır. 

Builki elmi-tədqiqat işlərinin nəticələri əsasında müxtəlif yerli və beynəlxalq nüfuzlu elmi konfranslara 40 tezisin təqdim edilməsi, respublika və beynəlxalq səviyyəli nüfuzlu elmi jurnallarda 50 məqalənin nəşri planlaşdırılır. Həmçinin qeyd olunan elmi-tədqiqatlarla bağlı 20 elmi seminarın keçirilməsi, 5 əməkdaşın isə dissertasiya işinin müdafiəsi gözlənilir. 

Şöbənin fəaliyyət planında elmi-innovasiya istiqamətində də bir sıra tədbirlərin görülməsi nəzərdə tutulur. Burada iki mühüm dövlət planına elmi dəstəyin verilməsi üzrə işlərin davam etdirilməsi, AR Prezidenti yanında Elmin İnkişaf Fondu tərəfindən maliyyələşdirilən iki qrant layihəsinin icrası, AMEA Rəyasət Heyətinin qərarına əsasən viki-mərkəzin yaradılması layihəsinin reallaşdırılması kimi məsələlər öz əksini tapıb. 

Şöbə əməkdaşlarının elmi-pedoqoji fəaliyyət istiqamətinə uyğun olaraq, əvvəlki illərdə olduğu kimi, bu il də institutun Tədris-İnnovasiya Mərkəzində doktorant və dissertantlara, dövlət qulluqçularına, fərdi tələbələrə müxtəlif mövzularda nəzəri və praktiki biliklərin tədris olunması nəzərdə tutulur. Bu sahədə mühüm yenilik şöbə əməkdaşlarının BDU-nun Hüquq fakültəsinin tələbələrinə “İnformasiya hüququ” kursu çərçivəsində dərslərin tədrisi ilə bağlıdır. 

Bu il şöbə əməkdaşları tərəfindən iki ekspress-informasiyanın çap etdirilməsi, “Elmi informatika” dərsliyinin müəyyən fəsillərinin yazılması, həmçinin informasiya cəmiyyətinin müxtəlif aspektlərinə dair nüfuzlu elmi nəşrlərin Azərbaycan dilinə tərcüməsi də fəaliyyət planında öz əksini tapıb. 

Bundan başqa, cari ildə şöbənin üzərinə beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi və inkişaf etdirilməsi, respublika səviyyəli iki elmi-konfransın təşkili və keçirilməsi kimi mühüm vəzifələr də qoyulub. 

Sonda institutun direktoru, AMEA-nın müxbir üzvü, AMEA-nın akademik-katibi professor Rasim Əliquliyev məruzəyə münasibətini bildirərək, irad və tövsiyələrini səsləndirib. Fəaliyyət planı Elmi şura üzvləri tərəfindən müzakirə edilərək qəbul olunub. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı