İnstitutun saytı yeni dizaynda istifadəyə veriləcək Aprel 19, 2016 | 10:12 / Konfranslar, iclaslar

AMEA Rəyasət Heyətində institutun mütəxəssisləri tərəfindən hazırlanmış veb-saytların təqdimatına həsr olunmuş müşavirə keçirildi. Tədbirdə Azərbaycan Dövlət Dəniz Akademiyası, AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun veb-saytları və “www.ikt.az” saytının yeni dizaynı müzakirə olundu.

İnstitutun 16 saylı şöbəsinin müdiri Gülnarə Nəbibəyova veb-saytları təqdim edərək onların strukturu və dizaynı haqqında ətraflı məlumat verdi. Veb-saytların onların yaradılması və idarə edilməsinə dair tələblərə cavab verdiyini, təhlükəsizliyinin tam şəkildə təmin olunduğunu diqqətə çatdırdı.

G.Nəbibəyova bildirdi ki, Azərbaycan Dövlət Dəniz Akademiyasının 3 dildə (Azərbaycan, rus və ingilis) fəaliyyət göstərəcək veb-saytında “Xəbərlər”, “Elanlar”, “Akademiya haqqında”, “Təhsil”, “Elm”, “Beynəlxalq fəaliyyət”, “Tələbə həyatı” kimi bölmələr yer alıb, həmçinin akademiyada təşkil olunan mühüm tədbirlər haqqında foto və video informasiya “Fotoqalereya” və “Videoqalereya” bölmələrində öz əksini tapıb.

AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun veb-saytında elanlar və müxtəlif kateqoriyalar üzrə xəbərlərin yerləşdirildiyini söyləyən məruzəçi saytın güclü axtarış sisteminə malik olduğunu bildirdi. Azərbaycan və ingilis dillərində fəaliyyət göstərəcək saytda “İnstitut haqqında”, “Elmi fəaliyyət”, “Dissertasiya şurası”, “Beynəlxalq əməkdaşlıq”, “Dövri nəşrlər”, “Rəsmi sənədlər”, “Konfranslar” kimi bölmələrin də yer aldığını nəzərə çatdırdı. İnstitutda keçirilən mühüm tədbirlərin “Fotoqalereya” və “Videoqalereya” bölmələrində öz əksini tapdığını qeyd etdi.

Şöbə müdiri bildirdi ki, veb-saytların administrasiyası üçün təyin olunmuş məsul şəxslərə AMEA İnformasiya Texnologiyaları İnstitutunda tədris kursu keçilmiş və saytların idarə edilməsinə dair zəruri biliklər aşılanmışdır.

Sonra “www.ikt.az” saytının yeni dizaynı təqdim olundu. Cəlbedici və fərqli dizayna malik veb-saytın yaxın zamanda istifadəyə veriləcəyi bildirildi.

AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev müasir dövrdə istənilən qurumun, o cümlədən AMEA-nın elmi müəssisə və təşkilatlarının veb-saytlarının fəaliyyətinin yüksək səviyyədə təşkilinin vacibliyini qeyd etdi. Bu baxımdan institutun mütəxəssisləri tərəfindən hazırlanmış veb-saytları müvafiq elm və təhsil müəssisələrinin fəaliyyəti haqqında məlumatların ölkə və dünya ictimaiyyətinə çatdırılmasını təmin edən mühüm informasiya resursu kimi yüksək qiymətləndirdi.

Sonda təqdimata dair geniş fikir mübadiləsi aparıldı, bir sıra təkliflər səsləndirildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı