Dissertasiya Şurasının növbəti iclası keçirildi Aprel 07, 2016 | 03:00 / Konfranslar, iclaslar

Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunun Dissertasiya şurasının növbəti iclası keçirildi.

Öncə torpaqlarımızın bütövlüyü uğrunda qəhrəmancasına həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Dissertasiya Şurasının sədr müavini, texnika üzrə elmlər doktoru, professor Ələkbər Əliyev gündəlikdə duran məsələlər haqqında məlumat verərək iclasın dissertasiya işlərinin təqdimi və kuratorların təsdiqi məsələlərinə həsr edildiyini bildirdi.

İclasda 3356.01 – “Kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq” ixtisasında texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq iddiasında olan Elçin Məmmədovun “Müasir elektron kitabxana şəbəkəsinin yaradılması mexanizmlərinin işlənməsi”, 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisasında texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq iddiasında olan Möhübbət Əhmədovun “Qeyri-səlis zaman sıraları əsasında proqnozlaşdırma” və Ali Amoojinin “Nevroloji xəstəliklərin diaqnostikası üzrə ekspert sistemlərin qurulması” mövzusunda dissertasiya işləri təqdim edildi, kuratorlar təyin olunaraq təsdiq edildi.

İddiaçı Elçin Məmmədovun dissertasiya işi üzrə kuratorlar texnika üzrə elmlər doktoru Ramiz Alıquliyev və tarix üzrə elmlər doktoru, professor Bayram Allahverdiyev, Möhübbət Əhmədovun dissertasiya işi üzrə kuratorlar texnika üzrə elmlər doktoru, professor Məhəmməd Əhmədov və texnika üzrə fəlsəfə doktoru Yadigar İmamverdiyev, Ali Amoojinin dissertasiya işi üzrə kuratorlar isə texnika üzrə elmlər doktoru, professor Məsumə Məmmədova və texnika üzrə fəlsəfə doktoru, dosent Zərifə Cəbrayılova təyin olundu.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı