İnstitut əməkdaşlarının məqaləsi “SCOPUS” bazasında indeksləşən jurnalda nəşr olunub Mart 01, 2016 | 03:00 / Mühüm hadisələr

AMEA İnformasiya Texnologiyaları İnstitutunun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov, böyük elmi işçi Məmməd Həşimov və AMEA İdarəetmə Sistemləri İnstitutunun aparıcı elmi işçisi Fəhrad Paşayevin “Bulud texnologiyalarında istifadəçilərin məlumatlarının yaddaş qurğularında dinamiki paylanması metodunun işlənilməsi” (Development of the method of dynamic distribution of users’ data in storage devices in cloud technology) adlı məqaləsi “SCOPUS” bazasında indeksləşən (H-İndeks-16) Koreyanın “Advances in Information Sciences and Service Sciences” (AISS) jurnalında dərc olunub.

Məqalədə verilənlərin emalı mərkəzlərində məlumatların yaddaş resurslarında dinamiki paylanması məsələsi nəzərdən keçirilib. İstifadəçilərin məlumatlarının istifadə intensivliyindən asılı olaraq müxtəlif xarakteristikalı yaddaş qurğuları arasında dinamiki paylanması metodu təklif olunur. Metod yaddaş resurslarından istifadəçilərin daha səmərəli istifadəsini təmin etməyə imkan verir.

Advances in Information Sciences and Service Sciences – AISS

Volume 8, Number 1, January 31, 2016

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı