Referatlaşdırmanın Avtomatlaşdırılmış Qiymətləndirilməsi Alqoritmi işlənilib Fevral 12, 2016 | 09:13 / Mühüm hadisələr

Məlum olduğu kimi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun alim və mütəxəssisləri davamlı olaraq dünyanın nüfuzlu institut və təşkilatlarının alimləri ilə birgə araşdırmalar aparır.

Bu yaxınlarda Malaya Universitetinin (Malayziya) alimləri – Asad AbdiNorisma İdris və institutun direktoru, akademik Rasim Əliquliyev və texnika üzrə elmlər doktoru Ramiz Alıquliyevin “Referatlaşdırma Strategiyalarının müəyyən edilməsi üçün Referatlaşdırmanın Avtomatlaşdırılmış Qiymətləndirilmə Alqoritmi” (An Automated Summarization Assessment Algorithm for Identifying Summarizing Strategies) adlı məqaləsi “PLOS ONE”da (impakt faktor – 3.234) dərc olunub.

Məqalədə qeyd olunur ki, referatlaşdırma mətni daha yaxşı anlamaq üçün əhəmiyyətli vasitə olduğuna görə birbaşa təlimatlar vasitəsilə referatın yazılmasını tədris edən müəllimlərin marağına səbəb olmuşdur. Tələbələrin xülasəsini kompüter vasitəsilə nəzərdən keçirmək və qiymətləndirmək bu məsələni daha səmərəli həyata keçirmək üçün müəllimlərə yardım edə bilər.

Məqalədə tələbələrin yazdıqları referatların referatlaşdırma strategiyalarının müəyyənləşdirilməsi üçün sözlərin semantik yaxınlığı və cümlələrin sintaktik quruluşunu nəzərə alan hibrid alqoritm təklif edilir. Bu alqoritmin əsas yeniliyi ondan ibarətdir ki, o, referatlaşdırma strategiyalarını sintaktik və semantik səviyyədə müəyyən etmək imkanı verir.

Qeyd edək ki, institutun və Malaya Universitetinin alimlərinin referatlaşmanın keyfiyyətinin artırılması və referatların qiymətləndirilməsi üsullarına həsr olunmuş əvvəlki məqalələri Soft ComputingInformation Processing & Management jurnallarında dərc olunmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı