E-elmin formalaşması problemləri üzrə araşdırmalar davam etdirilir Fevral 10, 2016 | 12:00 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 3 saylı şöbəsinin 2016-ci il üçün fəaliyyət planı müzakirə olunub. Şöbə müdiri Təhmasib Fətəliyev cari ildə planlaşdırılmış işlər haqqında məlumat verərək bildirib ki, şöbədə e-elmin formalaşması problemləri istiqamətində e-elmin formalaşmasının aktual elmi-nəzəri və praktiki məsələlərinin tədqiqi, bulud texnologiyası əsasında e-elmin texnoloji modelinin işlənməsi, “Verilənlər haqqında elm”in təşəkkülü və perspektiv məsələlərinin araşdırılması və digər mövzular üzrə tədqiqatların aparılması nəzərdə tutulur.

Elmi-innovasiya fəaliyyəti çərçivəsində görüləcək işləri diqqətə çatdıran T.Fətəliyev bu istiqamətdə AR Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyələşdirdiyi qrant layihəsi üzrə tədqiqatların davam etdiriləcəyini söyləyib. Qeyd edib ki, Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası üçün “Elmi problemlər reyestri” informasiya sisteminin yaradılmasının konseptual məsələlərinin işlənməsi də cari  ildə görüləcək işlər sırasındadır.

O, həmçinin elmi-pedaqoji, elmi-praktiki fəaliyyət, beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişafı, elmi-texniki konfrans, seminar və simpoziumlarda iştirak, kitabların və elektron nəşrlərin hazırlanması, tanınmış elmi jurnallarda məqalələrin nəşri, elmi-praktiki nəticələrin KİV-də təbliği və reklam-marketinq işlərinin təşkili ilə bağlı şöbədə nəzərdə tutulan tədbirlərdən söz açıb.

Sonra AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin plan layihəsi ilə bağlı təklif və tövsiyələrini səsləndirib. AMEA-da elektron elmin müxtəlif problemlərinin araşdırılmasına böyük dəstək verildiyini söyləyən akademik elmin idarə edilməsində İKT-nin tətbiqinin e-elm layihəsi çərçivəsində reallaşdırıldığını vurğulayıb. Bildirib ki, e-elmin əsas istiqamətlərindən biri elmin informasiya təminatının müasir texnologiyalar əsasında yaradılması, inkişaf etdirilməsi və bu məlumatlar əsasında elmdə qərarların qəbul edilməsinə dəstəyin təmin olunmasıdır. Alimin sözlərinə görə, “Elmi problemlər reyestri” informasiya sisteminin yaradılması qeyd olunan məsələlərin həllində böyük əhəmiyyətə malik olacaq.

Sonda şöbənin plan layihəsinin institutun Elmi Şurasının iclasının müzakirəsinə təqdim olunması qərara alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı