Texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov texnologiyalar üzrə direktor müavini vəzifəsinə təsdiq edilib Yanvar 27, 2016 | 04:30 / Mühüm hadisələr

Texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov AMEA İnformasiya Texnologiyaları İnstitutunun texnologiyalar üzrə direktor müavini vəzifəsinə təsdiq edilib. Bu haqda qərar AMEA Rəyasət Heyətinin bugünkü iclasında qəbul olunub.

Qeyd edək ki, AMEA İnformasiya Texnologiyaları İnstitutunun Nizamnaməsi yeni tələblərə uyğun olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçib, institutun strukturu Nizamnamənin tələblərinə uyğunlaşdırılıb.

Yeni Nizamnamədə baş mühəndis vəzifəsi texnologiyalar üzrə direktor müavini adlandırılıb.

R.Ələkbərov İnformasiya Texnologiyaları İnstitutu yaradılandan bu günədək institutun baş mühəndisi kimi yeni texnologiyaların mənimsənilməsi və tətbiqi işlərinə bilavasitə rəhbərlik edib, bu sahədə zəngin təcrübəyə malikdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı