İstənilən orqanın vəziyyətini müayinə edən sensor hazırlanıb Yanvar 21, 2016 | 11:00 / Texnoloji yeniliklər

ABŞ-ın Vaşinqton və İllinois universitetlərinin əməkdaşları beyinə implantasiya edilən çoxfunksiyalı simsiz sensor hazırlayıblar.

hitech.newsru.com saytının məlumatına görə, yeni sensor zərurət yarandıqda kəllədaxili təzyiq, temperatur, turşuluq dərəcəsi və s. daxil olmaqla, müxtəlif parametrlərin monitorinqini aparmağa imkan verir.

Beyində müəyyən müddətdən sonra cərrahi müdaxilə tələb etmədən əriyən sensor böyükölçülü naqilli sensorlardan fərqli olaraq infeksiya keçirmir və mənfi təsirlər yaratmır.

Alimlərin sözlərinə görə, sensor istənilən orqanın vəziyyətinin müayinəsində istifadə edilə bilər. Yeni texnologiya yaxın gələcəkdə insanlar üzərində sınaqdan keçiriləcək.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı