İnformasiya təhlükəsizliyinin müxtəlif problemləri araşdırılır Yanvar 14, 2016 | 11:42 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda informasiya təhlükəsizliyinin müxtəlif problemləri üzrə elmi-tədqiqatlar davam etdirilir. Bu haqda texnika üzrə fəlsəfə doktoru Yadigar İmamverdiyev rəhbərlik etdiyi şöbənin 2016-cı il üçün fəaliyyət planı ilə bağlı çıxışı zamanı bildirdi. Hazırda şöbədə bu istiqamətdə 8 mövzu üzrə elmi-praktiki tədqiqatlar aparıldığını söyləyən şöbə müdiri cari il ərzində bu tədqiqatlar çərçivəsində e-dövlətin informasiya təhlükəsizliyinin idarə edilməsi üzrə bir sıra metod və modellərin, o cümlədən təhdidlərin ranqlaşdırılması, internet infrastrukturunun dayanıqlığının qiymətləndirilməsi və digər modellərin işlənilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırdı.

Qeyd etdi ki, kompüter şəbəkələrinin intellektual monitorinqi üçün metod və modellərin işlənməsi istiqamətində böyük həcmli şəbəkə monitorinqi verilənlərinin effektiv toplanması və saxlanması metodunun, analizi modelin işlənilməsi, o cümlədən irimiqyaslı kompüter şəbəkələrində monitorinq verilənlərinin toplanması metodunun işlənməsi üzrə tədqiqatlar aparılacaq.

Y.İmamverdiyev bildirdi ki, bulud texnologiyalarında informasiya təhlükəsizliyinin təmin edilməsi, kompüter şəbəkələrinin təhlükəsizliyinin qiymətləndirilməsi, e-dövlətin  e-imza  infrastrukturunun  sintezi və informasiya təhlükəsizliyi insidentlərinin idarə edilməsi üçün metod və alqoritmlərin işlənməsi, həmçinin şəbəkə təhlükəsizliyinin monitorinqi üçün intellektual sistemin işlənilməsi və s. cari ildə planlaşdırılmış elmi-tədqiqat işləri sırasındadır.

Alim şöbənin elmi-innovasiya fəaliyyəti ilə bağlı çıxış edərək qeyd etdi ki, AzScienceNet elm kompüter şəbəkəsinin monitorinqi üzrə hesabatların hazırlanması, AzScienceCERT üzrə işlərin həyata keçirilməsi, qrant layihələrinin yerinə yetirilməsi, bir sıra konfrans və tədbirlərdə iştirak edilməsi nəzərdə tutulur.

Y.İmamverdiyev 2016-cı ildə şöbə əməkdaşları tərəfindən 30-a yaxın məqalənin nüfuzlu elmi jurnallarda, o cümlədən SCİ reyestrinə daxil olan jurnallarda nəşr olunmasının qarşıya qoyulan əsas hədəflərdən olduğunu diqqətə çatdırdı.

Onun sözlərinə görə, informasiya təhlükəsizliyi sahəsində məlumatlandırma məqsədilə www.sciencecert.az veb-saytında mövzu üzrə populyar məqalələrin yerləşdirilməsi nəzərdə tutulur.

Sonra AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin plan layihəsi ilə bağlı təklif və tövsiyələrini səsləndirdi. İnformasiya təhlükəsizliyinin etibarlı təmin edilməsi üçün müvafiq elmi-metodoloji bazanın yaradılması, yeni metod və alqoritmlərin işlənilməsinin zəruriliyini vurğulayan R.Əliquliyev informasiya təhlükəsizliyinin institutun əsas fəaliyyət istiqamətlərindən olduğunu söylədi.

Sonda fəaliyyət planının institutun Elmi Şurasının  müzakirəsinə təqdim olunması qərara alındı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı