“Mariya Skladovskaya-Küri” təqaüd və qrant proqramı Dekabr 22, 2015 | 11:32 / Maraqlı məlumatlar

“Mariya Küri” proqramı Avropa İttifaqı ölkələri tərəfindən maliyyələşdirilən və tədqiqatçıların Avropada təlim, mobillik və karyera inkişafını təmin edən proqramdır. Bu proqram radioaktivlik sahəsində əldə etdiyi uğurlarla şöhrət qazanan, ilk və iki dəfə Nobel mükafatı laureatına layiq görülmüş kimyaçı-fizik Mariya Skladovskaya-Kürinin  adı ilə adlandırılmışdır.

Proqram 2014-2020-ci illəri əhatə edir və büdcəsi  6.612 milyon avro təşkil edir. Mariya Küri doktorantlar üçün əsas proqramlardan biri olub, təqribən 25000 doktorantı maliyyələşdirən və karyerasının hər hansı bir mərhələsində olan alimlər üçün qrantlar təqdim edən proqramdır. Alimlər bu proqram vasitəsilə xarici ölkədə təcrübə qazanır, təlim və karyeralarında daha böyük irəliləyiş imkanı əldə edirlər.

Hər bir doktorantın xaricdəki yaşayış xərcləri, o cümlədən, mübadilə proqramı çərçivəsində hər hansı universitetdə təhsil alan doktorantların bütün universitet xərcləri bu proqram tərəfindən maliyyələşdirilir. Təqaüdün məbləği müraciət edilən universitetdən və fəaliyyət növündən asılı olaraq dəyişir.

“Mariya Küri” proqramı

  • Nüfuzlu karyera qurmaq
  • Mükəmməl iş  şəraiti, əmək müqaviləsi və tam sosial təminat
  • Rəqabətli əmək haqqı 
  • Avropada və bütün dünyada qabaqcıl alimlərlə birgə çalışmaq imkanı yaradır.

 Proqrama kimlər müraciət edə bilər?

Elmi-tədqiqat müəssisələri, universitet, şirkət və qeyri-hökumət təşkilatları, dokrorant və alimlər proqrama müraciət edə bilərlər. Proqramda həmçinin azərbaycanlı alim və doktorantlar da iştirak etmək hüququna malikdirlər.

28 Avropa İttifaqı ölkələri və 12 tərəfdaş ölkə arasında mobillik imkanlarına malik olan bu proqram bütün doktorantlar üçün aşağıdakı fəaliyyət növlərini irəli sürür.

Proqram üzrə 4 fəaliyyət növü vardır:

  • Elmi tədqiqatçılar şəbəkəsi (Research Network)
  • Fərdi təqaüdlər (Individual Fellowship)
  • Elm və İnnovasiya üzrə kadr mübadiləsi (Research and Innovation Staff Exchanges)
  • Birgə maliyyələşdirmə (Co-funding)

Bu fəaliyyət növlərinin hər biri üzrə elanlar mövcuddur. Növbəti elan “Marie Curie Innovation Traning Network” fəaliyyət növü üzrədir və 14 oktyabr 2015-ci ildən açıq elan olunub, son müraciət tarixi isə 12 yanvar 2016-ci ilədəkdir.

Proqram haqqında daha ətraflı məlumatı Avropa Komissiyasının www.ec.europa.eu saytından əldə etmək olar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı