AMEA İnformasiya Texnologiyaları İnstitutu ilə REA-nın İnformasiyanın Ötürülməsi Problemləri İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb Dekabr 16, 2015 | 03:00 / Mühüm hadisələr

AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev və Rusiya Elmlər Akademiyasının A.A.Xarkeviç adına İnformasiyanın Ötürülməsi Problemləri İnstitutunun direktoru, akademik Aleksandr Kuleşov tərəfindən hər iki elmi qurum arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Məqsəd tərəflər arasında birgə elmi araşdırmaların aparılması, layihələrin həyata keçirilməsi, elmi kadr hazırlığının təşkili, birgə konfrans, treninq və digər tədbirlərin görülməsi istiqamətində əməkdaşlıq etməkdir.

Sənəddə böyük hesablama və yaddaş resursları tələb edən mürəkkəb məsələlərin həllinə imkan verən superkompüterlər, həmçinin superkompüterlərdə verilənlərin təhlükəsiz emalı üzrə təcrübə mübadiləsinin aparılması, AzScienceNet elm kompüter şəbəkəsinin “Beynəlxalq Desktop Qrid Federasiyası”na (International Desktop Grid Federation) qoşulması, Cloud və Grid texnologiyaları istiqamətində əməkdaşlıq, kitabxana xidmətlərindən qarşılıqlı istifadə nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı