“Əməkdaşların elmi əsərlərinin xülasəsi” ekspres-informasiya işıq üzü görüb Dekabr 03, 2015 | 09:01 / Yeni nəşrlər

“Əməkdaşların elmi əsərlərinin xülasəsi” adlı ekspres-informasiyanın tərtibatçıları AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, elmi katib Mədinə Səidova, sektor müdiri, texnika üzrə fəlsəfə doktoru Nigar İsmayılova, institutun əməkdaşları Nərmin AdıgözəlovaSevinc Mərdanovadır.

Yeni nəşrdə AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları tərəfindən 2014-cü ildə çap olunmuş kitab və icmalların, elmi məqalələrin, dissertasiyaların, tezis və məruzələrin azərbaycan, rus və ingilis dillərində xülasələri öz əksini tapıb.

Ekspres-informasiyada, həmçinin institutun 2014-cü ildəki elmi fəaliyyətinin bibliometrik analizinin nəticələri də göstərilib. Kitabçada institut əməkdaşlarının 2014-cü ildə nəşr olunan elmi əsərlərinin dillər və növlər üzrə statistikası verilib. Bundan əlavə, əməkdaşların ötən ildə “WoS”, “Scopus” və DBLP kimi nüfuzlu elmi bazalarda olan əsərlərinin sayı haqqında məlumat təqdim olunub. “Scopus” və “Google Scholar” elmi bazalarındakı nüfuzlu jurnal və konfranslarda dərc olunan məqalələrin sayı, H5-indeks və H5-median göstəriciləri verilib. 2014-cü ildə institut əməkdaşlarının əsərlərinə olan istinadların ölkələr üzrə statistikası, əməkdaşlar tərəfindən nəşr olunan əsərlərin istiqamətləri öz əksini tapıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı