“Big Data” texnologiyaları üzrə araşdırmalar davam etdirilir Noyabr 26, 2015 | 02:00 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda böyük həcmli məlumatlar toplusundan biliklərin əldə olunması problemləri araşdırılır. Bu barədə institutda keçirilən illik hesabat iclasında çıxış edən institutun layihə baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Məkrufə Hacırəhimova bildirib.

M.Hacırəhimova şöbədə hesabat ili ərzində neft-qaz sənayesi üçün Big Data analizi texnologiyalarının tədqiq olunduğunu söyləyib. Qeyd edib ki, Big Data texnologiyalarının aktual elmi-nəzəri problemləri (böyük verilənlərin analitikası, saxlanması, emalı, vizuallaşdırılması və s.), böyük verilənlərin analizi üçün istifadə olunan statistik metodlar və böyük verilənlərin təhlükələri araşdırılmışdır. Həmçinin ABŞ, Böyük Britaniya, Yaponiya kimi bir çox dövlətlərin siyasətində Big Data strategiyaları tədqiq olunmuşdur.

Məruzəçinin sözlərinə görə, cari ildə elmi-texniki konfranslara 15 tezis təqdim edilmiş və tanınmış elmi jurnallarda 7 məqalə nəşr olunmuşdur.

M.Hacırəhimova qeyd edib ki, elmi-innovasiya fəaliyyəti çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondunun, həmçinin AR Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyələşdirdiyi qrant layihələrində iştirak edilmişdir.

Məruzəçi cari ildə şöbənin elmi-pedaqoji və elmi-təşkilati fəaliyyəti, müxtəlif təyinatlı kitabların hazırlanması və s. ilə bağlı görülmüş işləri də diqqətə çatdırıb.

Sonra hesabatla bağlı müzakirələr aparılıb, təklif və tövsiyələr səsləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı