İnformasiya Texnologiyaları İnstitutunda elmi seminar keçirildi Yanvar 10, 2014 | 11:00 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda növbəti elmi seminar keçirildi. Tədbiri giriş sözü ilə açan institutun direktoru, AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev ötən ilin “İKT ili” elan olunması ilə əlaqədar olaraq həyata keçirilmiş mühüm tədbirlərdən söz açdı: “İnstitut “İKT ili” çərçivəsində qarşıya qoyulmuş vəzifələri uğurla yerinə yetirmiş, kompleks işlər həyata keçirilmişdir. Əldə olunan nailiyyətlər alim və mütəxəssislərimizlə yanaşı, həm də bütövlükdə institut əməkdaşlarının uğurudur”. 

Alim AR Prezidenti İlham Əliyevin 6 fevral 2014-cü il tarixli Sərəncamını xatırladaraq informasiya-kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən bir qrup elmi tədqiqatçının müvafiq dövlət mükafatlarına layiq görüldüyünü diqqətə çatdırdı. Qeyd etdi ki, bu addım ölkə başçısının elmin inkişafına ayırdığı böyük diqqətlə yanaşı, həm də alim və mütəxəssislərin elmi-texniki sahədə əldə etdikləri nailiyyətlərin məntiqi nəticəsidir. 

İnstitutun şöbə müdiri, texnika elmləri doktoru Ramiz Alıquliyev “Müxtəlif səviyyələrdə elmmetrik qiymətləndirmələr” mövzusunda məruzə ilə çıxış etdi. Elmi fəaliyyətin elmmetrik keyfiyyət göstəricilərinin sistemli analizi haqqında məlumat verən alim bu analizin fərdi qiymətləndirmə, jurnal, təşkilat və regionlara görə aparıldığını dedi. 

Məruzəçi, həmçinin elmmetriya, bibliometriya, vebometriya, informetriya kimi elm sahələrinin yaranma tarixi, predmeti və bu sahədə fəaliyyət göstərən tanınmış alimlərin fəaliyyətilə bağlı məlumat verdi.

Çin, Böyük Britaniya, İspaniya kimi ölkələrin beynəlxalq qiymətləndirmə sistemləri ilə bağlı təcrübələrindən söz açan R.Alıquliyev bildirdi ki, dünya üzrə ən nüfuzlu universitetlərin reytinqində təhsil, akademik heyət, tədqiqatın keyfiyyəti və bir akademik kadra düşən məhsuldarlıq əsas meyarlarlardır. 

Müzakirələrdə iştirak edən şöbə müdirləri, texnika üzrə fəlsəfə doktorları Rəşid ƏləkbərovYadigar İmamverdiyev, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev və digərləri məruzənin əhəmiyyətini vurğuladılar, sual və təkliflərini səsləndirdilər. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı