Biometrik texnologiyalar və proqram mühəndisliyinin müxtəlif problemləri araşdırılır Noyabr 23, 2015 | 11:24 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbələrinin illik hesabat iclasları keçirilir. İnstitutun 9 saylı şöbəsinin cari il üzrə hesabatını təqdim edən layihə baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Şəfəqət Mahmudova elmi-tədqiqat, elmi-innovasiya, elmi-pedaqoji fəaliyyət, elmi-texniki konfranslarda, seminarlarda və simpoziumlarda iştirak, tanınmış elmi jurnallarda məqalələrin nəşri, müxtəlif təyinatlı kitabların hazırlanması, elmi-praktiki nəticələrin KİV-də təbliği və s. ilə bağlı görülmüş işlərdən danışıb.

Ş.Mahmudova insanın irqi və etnik mənsubiyyətinin müəyyən olunmasında etalon təsvirin formalaşması və xarakteristik əlamətlərin analizi üçün alqoritmin işləndiyini və bu alqoritm əsasında biometrik identifikasiya sisteminin  yaradıldığını, biometrik şəbəkələrin yaradılması prinsiplərinin tədqiq olunduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, hesabat ilində biometrik şəbəkədə fərdlərin elektron kart sistemi əsasında identifidasiya problemləri də tədqiq edilib.

O, həmçinin “Proqram mühəndisliyinin nəzəri əsasları və proqram sistemlərinin keyfiyyət göstəricilərinin araşdırılması” mövzusu üzrə proqram məhsullarının mövcud etibarlılıq modellərinin araşdırıldığını, proqram mühəndisliyinin inkişaf mərhələləri, müxtəlif nəzəri baxışlar, bu sahədə beynəlxalq təcrübə və konfranslar, onun təhsildə rolu, təhlükəsizlik məsələləri, iqtisadi problemləri və s. mövzularda elmi araşdırmaların aparıldığını qeyd edib.

Ş.Mahmudova elmi-innovasiya və praktiki fəaliyyət istiqamətində “Təsvirlər əsasında insanın irqi və etnik mənsubiyyətinin kompüter vasitəsilə müəyyən olunması üçün metod və alqoritmlərin işlənməsi” və “İrqi-Etnik” biometrik identifikasiya sisteminin yaradılması” mövzuları üzrə qrant layihəsinin hazırlandığını və AR Prezidenti yanında Elmin İnkişafı Fonduna təqdim olunduğunu qeyd edib. Bildirib ki, “British Journal of Mathematics and Computer Science” və “Asian Journal of Engineering and Technology” jurnalları üçün 5 məqaləyə rəy verilib. Tanınmış elmi jurnallarda 9 və nüfuzlu elmi konfranslarda 10 məqalə çap olunub.

Məruzəçi beynəlxalq elmi əməkdaşlıq əlaqələrindən söz açaraq N.Qumilyev adına Avrasiya Milli Universitetinin İnformasiya Təhlükəsizliyi və Kriptoqrafiya İnstitutu (Qazaxıstan, Astana), Ukrayna Milli Elmlər Akademiyası, Ukrayna Milli Texniki Universiteti, “Kiyev Politexnik İnstitutu”, o cümlədən “İnternational Journal of İntelligent İnformation Prosessing”, “The İnternational Association for Pattern Recognition”, “İnternational Journal of Automation and Power Engineering”, “British Journal of Applied Science & Technology” və digər jurnallar ilə əməkdaşlıq əlaqələrinin davam etdirildiyini söyləyib.

Sonda bir sıra təklif və tövsiyələr səsləndirilib, şöbənin hesabatı qənaətbəxş hesab olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı