Üçölçülü obyektlərin real məkandan virtual məkana transformasiya problemləri araşdırılır Noyabr 16, 2015 | 09:10 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Üçölçülü obyektlərin real məkandan virtual məkana və əksinə transformasiya problemlərinin analizi: imkanlar, texnologiyalar və perspektivlər” və “İnternet mühitində reklam-marketinq fəaliyyətinin səmərəliliyinin artırılması üçün metod və alqoritmlərin işlənilməsi” mövzuları üzrə araşdırmalar davam etdirilir.

Bu barədə institutda keçirilən illik hesabat iclasında çıxış edən şöbə müdiri Anar Səmidov bildirib. O, AMEA-nın Ümumi yığıncağı, İnformasiya təhlükəsizliyinin multidissiplinar problemləri üzrə II Respublika elmi-praktiki konfransı və AMEA-nın 70 illik yubileyi ilə bağlı materiallar, eləcə də institutun yeni əməkdaşları üçün vəsiqə və vizitkartların, ekspres-informasiyaların hazırlanması və s. ilə bağlı həyata keçirilən tədbirlər haqqında məlumat verib.

Şöbə müdiri cari ildə foto, audio və video materialların “Foto Qalereya” bazasına daxil edilməsi, institut əməkdaşlarının KİV-də olan məlumatlarının toplanılması üzrə bir sıra işlərin görüldüyünü bildirib.

Məruzəçi, həmçinin şöbə əməkdaşlarının elmi-pedaqoji fəaliyyəti, elmi-texniki konfrans və simpoziumlarda iştirakı, müxtəlif təyinatlı kitabların və elektron nəşrlərin hazırlanması, tanınmış elmi jurnallarda məqalələrin çap olunması, şöbədaxili seminarların keçirilməsi və cari işlərə dair məlumatı diqqətə çatdırıb.

Məruzə ətrafında fikir mübadiləsi aparılıb, təklif və tövsiyələr səsləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı