AMEA İnformasiya Texnologiyaları İnstitutunda illik hesabat iclaslarına start verildi Noyabr 13, 2015 | 01:00 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda cari il ərzində yerinə yetirilən elmi-tədqiqat işləri, elmi-innovasiya fəaliyyəti və digər məsələlərlə bağlı illik hesabat iclaslarına start verilib.

Tədbiri giriş sözü ilə AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev açaraq AMEA-nın 70 illik yubileyi münasibətilə keçirilən tədbirin əhəmiyyətindən danışıb. İnstitut direktoru tədbirdə respublika Prezidenti cənab İlham Əliyev tərəfindən ayrı-ayrı elmi istiqamətlər üzrə prioritetlərin müəyyənləşdirilməsinin XXI əsr Azərbaycan elminin, elmi ictimaiyyətin qarşısına mühüm vəzifələr qoyduğunu bildirib.

Akademik R.Əliquliyev AMEA-nın 70 illiyi ilə əlaqədar olaraq Azərbaycan elminin, elmi nailiyyətlərin populyarlaşdırılması məqsədlərinə xidmət edən təşkilati tədbirlərin görüldüyünü, ölkənin müxtəlif rayon və şəhərlərində, orta məktəb və ali təhsil müəssisələrində görüşlərin, toplantıların keçirildiyini nəzərə çatdırıb. O, bu tədbirlərin “Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 mart 2014-cü il tarixli Sərəncamı əsasında həyata keçirildiyini söyləyib.

İnstitut direktoru bu yaxınlarda dövlət başçısının sərəncamları ilə akademiyanın 70 illik yubileyi münasibətilə 100-ə qədər alimin “Şərəf”, “Şöhrət” və “Tərəqqi” ordenləri, fəxri ad və diplomlarla təltif olunmasını Azərbaycan elminə, alimlərimizə verilən yüksək diqqət və dəstəyin əyani nümunəsi kimi səciyyələndirib. Bundan əlavə, akademiyanın bir sıra alim və mütəxəssisinin AMEA Bölmələrinin fəxri fərmanları ilə də təltif olunduğunu deyib.

Çıxışının sonunda AMEA-nın akademik-katibi Azərbaycan elminin XXI əsrdə əsas missiyasının ölkənin hərtərəfli inkişafında alimlərimizin rolunun artırılması, cəmiyyətin sosial-iqtisadi tərəqqisinə, mədəni-mənəvi təşəkkülünə töhfələrin verilməsi və s. ibarət olduğunu bildirərək, alim və mütəxəssislərə gələcək fəaliyyətlərində uğurlar diləyib.

Sonra institut şöbələrinin illik hesabatları dinlənilib. Cari ildə həyata keçirilən elmi-tədqiqat işləri, elmi-innovasiya, elmi-pedaqoji fəaliyyət, konfrans, seminar, simpoziumlarda iştirak, çap olunmuş elmi əsərlər, tanınmış elmi jurnallarda dərc olunan məqalələr, şöbə əməkdaşlarının elmmetrik göstəriciləri, elmi-praktiki nəticələrin KİV-də təbliği və reklam-marketinq işləri, elmi-təşkilati fəaliyyət və s. haqqında geniş məlumat verilib.  

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir. 

 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı