AMEA İnformasiya Texnologiyaları İnstitutunun elmi katibi “Tərəqqi” medalı ilə təltif olunub Noyabr 06, 2015 | 10:54 / Mühüm hadisələr

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyi münasibətilə AMEA əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə AMEA-nın bir sıra əməkdaşı Tərəqqi” medalı ilə təltif olunub. Bu nüfuzlu mükafata layiq görülənlər sırasında AMEA İnformasiya Texnologiyaları İnstitutunun elmi katibi, şöbə müdiri Mədinə Səidova da vardır. Sərəncamla Səidova Mədinə Tacəddin qızı “Tərəqqi” medalı ilə təltif olunub.

AMEA İnformasiya Texnologiyaları İnstitutunun kollektivi Mədinə xanımı təbrik edir, ona can sağlığı və gələcək fəaliyyətində uğurlar diləyir!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir. 

 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı