Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş mühəndisi “Əməkdar mühəndis” fəxri adına layiq görülüb Noyabr 06, 2015 | 11:05 / Mühüm hadisələr

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyi münasibətilə AMEA əməkdaşlarına fəxri adların verilməsi haqqında Sərəncam imzalayıb.

Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə fəxri adlara layiq görülənlər sırasında AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov da vardır. Prezidentin Sərəncamı ilə Rəşid Qurbanəli oğlu Ələkbərov “Əməkdar mühəndis” fəxri adına layiq görülüb.

AMEA İnformasiya Texnologiyaları İnstitutunun kollektivi Rəşid müəllimi təbrik edir, ona gələcək fəaliyyətində uğurlar diləyir!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir. 

 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı