“Bibliometriya: müasir vəziyyəti, problemləri və inkişaf perspektivləri” adlı ekpres-informasiya işıq üzü görüb Noyabr 03, 2015 | 11:00 / Yeni nəşrlər

AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Bibliometriya: müasir vəziyyəti, problemləri və inkişaf perspektivləri” adlı ekspres-informasiya işıq üzü görüb. Yeni nəşrin müəllifləri AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev və institutun sektor müdiri, texnika üzrə fəlsəfə doktoru Nigar İsmayılova, elmi redaktoru isə institutun şöbə müdiri, texnika üzrə elmlər doktoru Ramiz Alıquliyevdir.

“İnformasiya Texnologiyaları” nəşriyyatında çapdan çıxmış ekspres-informasiyada bibliometriyanın meydana gəlməsi, mahiyyəti, elmi-nəzəri əsasları, problemləri və inkişaf perspektivləri araşdırılıb. Elmi tədqiqatın ölçülməsi üsulları, mövcud indikatorlar, elmin xəritələndirilməsi texnologiyaları təsvir olunub. Bibliometriyanın müxtəlif sahələrdə tətbiqinin perspektivləri, bibliometrik indikatorlardan sui-istifadə nəticəsində elmi etikanın pozulması və bu halların qarşısının alınması yolları izah olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı