Genişzolaqlı internetin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub Oktyabr 30, 2015 | 09:40 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda növbəti elmi seminar keçirilib. Seminar “Genişzolaqlı internet: mövcud vəziyyət və inkişaf perspektivləri” mövzusuna həsr olunub. Təqdimatla institutun sektor müdiri Məmməd Rəşidov və proqramçı Oqtay Ələkbərov çıxış edib.

M.Rəşidov genişzolaqlı internetə keçidin əsas texnologiyalarının təsnifatı, ADSL və DOCSIS texnologiyaları haqqında məlumat verib. “Wi-Fi Alliance” şirkəti tərəfindən hazırlanmış Wi-Fi texnologiyasının inkişaf perspektivlərindən danışan M.Rəşidov gələcəkdə bu texnologiyada yeni standartların tətbiqinin nəzərdə tutulduğunu söyləyib.

“WiMAX texnologiyası geniş spektrli qurğuları universal simsiz rabitə ilə təmin etmək məqsədi ilə hazırlanır”, – deyə bildirən M.Rəşidov qeyd edib ki, Wi-Fi şəbəkələri ilə müqayisədə WiMAX daha böyük əhatə dairəsi, internetə yüksəksürətli çıxış imkanı ilə fərqlənir.

Digər məruzəçi O.Ələkbərov ötən əsrin sonlarında WiMAX-a alternativ olaraq yaradılmış HSPA (High Speed Packet Access) texnologiyasından söz açıb. Məruzəçinin sözlərinə görə, bu texnologiya mütəxəssislər tərəfindən LTE (Long Term Evolution) – dördüncü nəsil (4G) mobil rabitə texnologiyalarına keçid kimi nəzərdə tutulur. Qeyd edib ki, LTE-şəbəkəsinin əsas üstünlüyü onun GSM və CDMA tipli operatorların mövcud avadanlıqlarının bazasında yaradılması, o cümlədən 2G və 3G abonent qurğularını dəstəkləməsidir.

Sonda müzakirələr aparılıb, təkliflər səsləndirilib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı