Personalın çoxmeyarlı qiymətləndirilməsi üçün modifikasiya edilmiş VIKOR metodu Oktyabr 09, 2015 | 11:57 / Mühüm hadisələr

Kadrların idarə olunmasında personalın qiymətləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Bu prosesin çoxmeyarlı xarakter daşıması, o cümlədən keyfiyyət və kəmiyyət amilləri qiymətləndirmə problemini daha da mürəkkəbləşdirir. Bu yaxınlarda institut alimlərinin personalın qiymətləndirilməsi probleminə həsr olunmuş məqaləsi “The Scientific World Journal”da (“Hindawi” nəşriyyat korporasiyası) dərc olunub.

“Modifikasiya edilmiş qeyri-səlis VIKOR metodu vasitəsilə personalın çoxmeyarlı qiymətləndirilməsi” (“Multicriteria personnel selection by the modified fuzzy VIKOR method”) adlı məqalənin müəllifləri AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, institutun şöbə müdiri, texnika üzrə elmlər doktoru Ramiz Alıquliyev və institutun Tədris-İnnovasiya Mərkəzinin rəhbəri Rəsmiyyə Mahmudovadır.

Məqalədə personalın qiymətləndirilməsi üçün təklif edilən qeyri-səlis VIKOR metodu orijinal qeyri-səlis VIKOR metodu ilə eksperimental müqayisə edilib. Əldə olunan nəticələrin təhlili göstərir ki, modifikasiya edilmiş qeyri-səlis VIKOR metodu hesablama mürəkkəbliyi baxımından daha effektivdir və yüksək nəticə göstərir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı