Ölkələr arasında inteqrasiya proseslərinin ölçülməsinə həsr olunmuş məqalə Çinin nüfuzlu jurnalında dərc olunub Oktyabr 02, 2015 | 09:30 / Mühüm hadisələr

Qloballaşan dünyada ölkələr arasında inteqrasiya proseslərinin ölçülməsinə həsr olunmuş məqalə Çinin “International Journal of Intelligent Systems and Applications” jurnalında dərc olunub.

“Beynəlxalq əlaqələr əsasında ölkələrin inteqrasiya dərəcəsinin ölçülmə metodu” (“The Method of Measuring the Integration Degree of Countries on the Basis of International Relations”) adlı məqalənin müəllifləri AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, institutun şöbə müdiri, texnika üzrə elmlər doktoru Ramiz Alıquliyev və institutun şöbə müdiri Gülnarə Nəbibəyovadır.

Məqalədə inteqrasiya anlayışı, ölkələrin inteqrasiyası, ölkələrin əsas inteqrasiya xüsusiyyətləri və göstəriciləri araşdırılıb. Ölkələr arasında əlaqələrin və imzalanmış müqavilələrin sayı ölkələrin inteqrasiya dərəcəsinin müəyyən edilməsi üçün əsas göstəricilər kimi təklif olunub. Çəki əmsallarının hesablanması əsasında ölkələrin inteqrasiya dərəcəsinin ölçülmə metodu təklif olunub. Bu baxımdan qraf nəzəriyyəsindən istifadə edərək müvafiq alt sistemin informasiya modeli təsvir edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı