“AzScienceNet şəbəkəsində paralel proqramlaşdırma sistemlərinin tətbiqi” mövzusunda elmi seminar keçirilib Sentyabr 30, 2015 | 11:02 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda növbəti elmi seminar keçirilib. İnstitutun baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov tədbirin “AzScienceNet şəbəkəsində paralel proqramlaşdırma sistemlərinin tətbiqi” mövzusuna həsr olunduğunu bildirib. 

Məruzəni institutun əməkdaşları Səməd DursunovMəmmədrəsul Yaqubov təqdim ediblər.

Səməd Dursunov böyük həcmli hesablama ilə məşğul olan mütəxəssislər üçün hesablama sürətinin artırılmasının vacib şərt olduğunu bildirərək, öz növbəsində bu prosesin böyük xərc tələb etdiyini qeyd edib: “Bu səbəbdən proqram təminatının inkişafı və açıq tipli əməliyyat sistemlərinin yayılması sürətlənir. Bu iki amilin köməyi ilə superkompüterlərin sürətini və effektivliyini dəfələrlə az vəsait sərf edərək artırmaq mümkün olub” – bildirən məruzəçi paralel proqramlaşdırmanın mahiyyəti, çoxprosessorlu hesablama sistemlərinin nümunə topologiyaları, matriks vurma haqqında məlumat verib.

Digər məruzəçi Məmmədrəsul Yaqubov paralel hesablamanın  üstünlüklərindən danışaraq bu növ hesablamaların həlli çətin olan, əsasən böyük zəhmət tələb edən problemlərin həllində istifadə olunduğunu bildirib. Paralel hesablama ilə proqramın performansının artdığını, böyük məsələlərin daha az vaxtda həll olunduğunu qeyd edib. Paralel hesablama sistemləri, performans və qiymət, alqoritmlər, paralel sistemlər, paralel proqramlaşdırma modellərindən bəhs edib.

Sonra məruzə ətrafında fikir mübadiləsi aparılıb, müxtəlif təkliflər irəli sürülüb.  

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı