“Genetik alqoritmlər” kitabı işıq üzü görüb Sentyabr 29, 2015 | 04:43 / Mühüm hadisələr

“Genetik alqoritmlər” adlı kitab işıq üzü görüb. Kitabın müəllifləri fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Tofiq Kazımov, institutun böyük elmi işçisi Tamilla Bayramova, elmi redaktoru isə texnika elmləri doktoru Ramiz Alıquliyevdir.

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi Şurasının qərarı ilə nəşr olunmuş kitabda genetik alqoritmlərin (GA) əsas strategiya və prinsipləri göstərilib, GA operatorlarının bir neçə modelləri haqqında məlumat verilib və GA-nın tətbiqinə aid bir neçə misal göstərilib. Müxtəlif optimallaşdırma məsələlərində GA-nın üstünlükləri və çatışmazlıqları haqqında məlumat verilib.

Kitab informasiya texnologiyaları sahəsində optimallaşma məsələlərinin həlli, intellektual sistemlərin yaradılması, elm, texnika, tədris, biznes və iqtisadiyyatda yeni informasiya texnologiyalarının tətbiqi ilə məşğul olan mütəxəssis, dissertant və tələbələr üçün nəzərdə tutulub.   

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir. 

 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı